Şikayətçi: Vəli Nağıyev dedi ki, get, 630 min manatı gətir
Yusif Əzizov iddia edir ki, bir neçə ay əvvəl bu binada özü və oğlu zorakılığa məruz qalıb. Oğlu 29 yaşlı Əlişükür Vahabzadə “Sara GROUP” qapalı səhmdar cəmiyyətinin İmişli bölməsində ambardar işləyib. Sonra şirkət iddia edib ki, Əlişükür Vahabzadənin məsul olduğu mallarda əksik var. Vahabzadə şirkətdəki mal çatışmazlığının ona aid olmadığını təhvil-təslim aktları ilə təsdiqləsə də, şirkət rəhbərliyi inadından dönməyib.
Şirkətlə keçmiş işçisi arasındakı mübahisəni prokurorluq araşdırır. Amma şikayətçinin dediyinə görə, nəticəni gözləmədən, ona və oğluna zor tətbiq edib, əmlaklarını əllərindən alıblar. Əlişükür Vahabzadə və Yusif Əzizov həmin günlərdə başlarına gələnlərdən, maşınlarının zorla əlindən alınmasından, döyülməsindən və xəsarət almasından polisə şikayət edib, amma onlardan heç bir reaksiya olmayıb. Təqribən bir ay sonra şikayətin araşdırılmasına da xitam verilib.
https://toplum.tv/mehkeme/imam-mehdi-danisdi-biznes-serikimin-ser-bohtanina-dusmusem
Maşınların geri qaytarılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr, zorla alınan etibarnamələri ləğv etdirsələr də, avtomobillər Yusif Əzizov və oğlu Əlişükürə qaytarılmayıb.
“Sara” QSC “KRAUN KO-R” Holdinqə daxil olan 13 şirkətdən biridir. Bu holdinq Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olur. Holdinqin baş ofisinin yerləşdiyi bina "Connect TV binası" adı ilə tanınıb.
Əlişükür Vahabzadənin və Yusif Əzizovun sözlərinə görə, holdingin faktiki sahibi DTX rəisi Əli Nağıyevin qardaşı, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevdir. Elə borcu tələb edənlərdən biri də Vəli Nağıyevin özü olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06