Multimedia

Sovetski sakinləri general ailəsinin şirkəti ilə üz-üzə

Aytac Məmmədli
Sənan İsmayıl
10 İyun, 2022
387

Bakının "Sovetski" adlanan ərazisində söküntü işləri 2014-cü ildən başlayıb. Amma illərdir ki, sakinlər burda tikinti işi aparan şirkətlə razılığa gələ bilmirlər.

Sakinlər kompensasiyanın azlığından və şirkətin laqeydliyindən şikayətlənirlər.

Şirkətdən isə bildirilir ki, bəzi sakinlərin bazar qiymətindən və realıqdan dəfələrlə artıq tələblərinin olması işin gedişatına mənfi təsir edir, danışıqları uzadır. Həmin ərazidə tikinti aparan şirkət Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevin ailəsinə məxsus inşaat qrupudur.

Multimedia

Vətəndaşın 500 min dollarını kim qaytaracaq?

Məzahir Abdurahmanov
5 İyul 2022
2010 –cu ildə aldadıldığını deyən Kamal Şabanov Toplum TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçidir ki, 100 sot torpaq satmaq adı ilə ondan 500 min dollarını alanlar hələ layiqli cəzasına çatmayıb. Kamal Şabanov Oqtay Vəliyev və Rauf Namazov adlı şəxsləri günahlandırır, onlar da bir-birini. Rauf Namazov Şabanovun və digər bir neçə şəxsin etibarından sui-istifadə edib pullarını dələduzluqla almaq ittihamı ilə 11 il həbsə məhkum edilib. Oqtay Vəliyev isə məhkəmədə bəraət alıb. Kamal Şabanov iddia edir ki, ona tələni quran tək adam yox, cinayətkar şəbəkə olub. Şəbəkəyə rəhbərliyi də Oqtay Vəliyevin etdiyini düşünür. Amma şikayətçiin sözlərinə görə, Vəliyevin arxasında daha böyük qüvvələr...
Multimedia

Bakı ilə Quba arasında batan 550 milyon dollar

Aytac Məmmədli
Sənan İsmayıl
5 İyul 2022
Büdcə hesabına tikilən, 30 il xidmət edəcəyi vəd olunan yol 14 il sonra yenidən salınır, cinayət işindən xəbər yoxdur  Bu il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir-bərpa işlərinə başlayıb.  Bakının “Şamaxinka” deyilən ərazisində dayanan taksi sürücüləri də yolun adını eşidən kimi şikayətlənməyə başlayırlar.  Sürücülərin dediyinə görə, söküntülər səbəbindən yolda hərəkət çətinləşib. Bakı-Quba yolunda sürücü işləyən Asim Məhərrəmovun sözlərinə görə, son zamanlar bu yolda qəzaların da sayı çoxalıb: "Tək xətdir deyə yük maşınlarının arxasına düşüb uzun müddət getməli olursan. Qəza şəraiti yaranır." https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi 30 ildən çoxdur sürücü işləyən Yaşar Şirinov isə hesab edir ki,...

Seçilmiş Videolar

Toplum TV loqo