Multimedia

Sürücü-polis qarşıdurması - kim haqlıdır?

Roza Məmmədova
22 Sentyabr, 2022
178

Sosial şəbəkələrdə polislə sürücü arasında daha bir insidentin görüntüləri yayılıb.

Videoda sürücü yol patrul xidmətinin əməkdaşlarının ona zor tətbiq etdiyini desə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu iddianı təkzib edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, görüntülər yeni deyil.

Hüquqşünas Səməd Rəhimli deyir ki, maşına cərimə ilə bağlı həbs qərarı qoyulubsa, maşın saxlanıla və cərimə meydançasına aparıla bilər. Amma polisin sürücüyə yanaşma şəkli güc tətbiqinin ümumi qaydalarına uyğun deyil.

 Polis mayoru Araz Rzayev zor tətbiq edilən sürücünün sonrakı aqibəti barədə də açıqlama verib:

Sürücü barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu hadisədə özünü haqlı hesab edir. Ancaq Bu yol polisi ilə sürücülər arasında yaşanan ilk belə insident deyil.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo