Multimedia

Taksidə kartla ödəniş zilləti 

Lida Abbaslı
29 Sentyabr, 2022
462

Son zamanlar taksi xidmətləri ilə problem yaşayanların sayı artıb. Sərnişinlərin əksəriyyəti kartla ödənişlər zamanı problem yaşadığını deyir.  İmtinalar zamanı isə sərnişinin hesabından vəsait silinir. Belə hallarla qarşılaşan sərnişinlərdən biri Aysel Əliyeva deyir ki, kartla ödəniş edəndə sürücü ondan sifarişdən imtina etməsini tələb edir.

Aysel Əliyeva deyir ki, bəzən sürücü gəlməsə də, hesabından vəsait silinir. Ödənişi geri alması üçün isə zaman sərf etməli olur.

Bir neçə ildir ki, taksi şirkətləri ilə əməkdaşlıq edən İsmayıl Abbasovun sözlərinə görə, kartla sifarişlərdə imtinaların səbəbi qazancın özlərinə yox, şirkətin balansına getməsidir.

Uber şirkətindən verilən açıqlamaya görə, sürücü ünvana yaxınlaşanda imtina olanda bu cür hallar baş verir. Belə olan halda, müştərilər ödənişi geri almaq üçün gec olmadan dəstək xidmətinə müraciət etməlidir.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, müştərilər taksi xidmətlərində ödənişlə bağlı şikayətlərini Vergi Xidmətinə bildirə bilərlər. 

İndi sürücülərin əsas istəyi normal qiymətlərlə işləmək, sərnişinlərin istəyi isə aldadılmadan gediş edə bilməkdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart 2023
İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir.  Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub.  Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub.  Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı...
Multimedia

AXCP-nin aksiyasında polis müdaxiləsi

Fərid İsmayılov
30 Mart 2023
AXCP Ədliyyə Nazirliyi önündə aksiya keçirib. Etirazçılar "siyasi məhbuslara azadlıq" və s kimi şüarlar səsləndiriblər. Aksiya zamanı bütün fəallar polis tərəfindən saxlanılıb. DİN-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, etirazçılar ərazidən uzaqlaşdırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo