Aclıq edən “Müsəlman birliyi” hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb.
Bu gün hərəkat fəallarının və Müdafiə Xətti təşkilatının aclıq aksiyasına həsr olunmuş mətbuat konfransında məhbusun həyat yoldaşı Leyla İsmayılzadə məlumatı təsdiqləyib.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə Toplum TV-yə bildirib ki, T.Bağırzadə hazırda həkim nəzarətindədir: “Hazırda səhhətində hər hansı ciddi problem yoxdur”.
Xatırladaq ki, Taleh Bağırzadə aclıq aksiyasını inanclı fəallara işgəncə verərkən allahı söyən polis əməkdaşlarının cəzalandırılması tələbi ilə başlayıb. İndiyədək aksiyaya bir neçə inanclı məhbus qoşulub. May ayında 6 il həbs cəzası almış dindar fəal Razi Hümbətov da bu gün aclığa başladığını bildirib.
Tale Bağırzadə tələbi yerinə yetirilməyənədək aclığı dayandırmayacağını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "polisin dinimizi təhqir etməsi barədə iddiaları" təkzib edib.
O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb və bunun əvvəllər də baş verdiyini deyib.
T.Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə T. Bağırzadəni 20 il müddətinə azadlıqdan məhrum edib.
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?