Multimedia

Təhsildən yayınan uşaqlar- Dövlətin xəbəri varmı?

Samirə Əli
5 Oktyabr, 2022
1980

Əkbərovlar ailəsi Bakının kənd Əhmədli adlanan ərazisində yaşayır. Onların 3 övladı var. Sevinc Əkbərova deyir, illərdir zibillikdən tapdığı kauçuk əşyaları satmaqla ailəsini dolandırır. O hər gün uşaqları ilə birlikdə evinin yaxınlığındakı tullantılar olan əraziyə gəlir, şampun, enerji içkisi qabları yığırlar. 

İmkanım yoxdur.Yəni evim-eşiyim yoxdur. Kirələrdə qalıram, evə 200 manat pul ödəyirəm. Yoldaşım çatdıra bilmir. Uşağıma 1 dəst paltar ala bilmirəm. Mən zibillik eşirəm. Hell qabı, kapron qablarını yığıram. Gedib satıram, uşaqlarım üçün çörəkpulu edirəm.

 Əkbərovlar ailəsinin iki övladı məktəbli yaşındadılar. Artıq iki həftədən çoxdur ki, tədris ili başlayıb. Ana deyir ki, qızı keçən il məktəbə getsə də, oğlu ümumiyyətlə məktəb üzü görməyib. Bu il məktəbli forması ala bilmədiklərinə görə uşaqlar dərsə gedə bilmir.

 Bakı şəhər təhsil idarəsindən Toplum Tv-yə bildirilib ki, Əkbərovlar ailəsi quruma müraciət etməyib. Amma məsələ ilə bağlı araşdırma işlərinə başlayacaqlar:

Azərbaycanda ümumilikdə 14 yaşadək 2 milyon 260 min uşaq var. Ölkədə icbari təhsildən yayınan uşaqların sayı ilə bağlı statistika yoxdur. Əkbərovlar ailəsi isə ümid edir ki, onların övladları işləmək üçün deyil, oxumaq üçün evdən çıxmağa tələsəcəklər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo