Multimedia

"Tərtər işi": Hərbi prokurora istefa tələbi ilə aksiya keçirilib

Samirə Əli
16 İyun, 2022
1554

Vətənə xəyanətdə ittiham olunan hərbçilərin ailələri, ictimai-siyasi fəallar hərbi prokurorun istefası tələbi ilə aksiya keçiriblər. Hərbi prokurorluq qarşısında etiraz edənlər  təkrar istintaqın, məhkumlara və əziyyət edilmiş hərbçilərə qarşı işgəncə faktlarının araşdırılmasının gedişindən narazıdırlar.  

Aksiya zamanı iştirakçılar “ Xanlar Vəliyevə istefa!”, “Tərtər qətliamını törədən hərbi prokurorluq ləğv edilsin” şüarları ilə çıxış ediblər.  
 
iştirakçılar istefa tələbli öz ərizələrini oxuduqdan sonra qurumun nümayəndəsinə təqdim ediblər. Polis müşayiəti ilə bir neçə dəqiqə davam edən aksiya elə polis müşayiəti ilə də başa çatıb.  

Tarixçə: 2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.  

Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.  

2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.  

2022-ci ilin aprelinə kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Əsassız mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.  

Bundan başqa 10 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci  (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart 2023
İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir.  Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub.  Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub.  Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı...
Multimedia

AXCP-nin aksiyasında polis müdaxiləsi

Fərid İsmayılov
30 Mart 2023
AXCP Ədliyyə Nazirliyi önündə aksiya keçirib. Etirazçılar "siyasi məhbuslara azadlıq" və s kimi şüarlar səsləndiriblər. Aksiya zamanı bütün fəallar polis tərəfindən saxlanılıb. DİN-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, etirazçılar ərazidən uzaqlaşdırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo