Multimedia

Tərtər işi üzrə zərərçəkən: Tələbimiz Hikmət Həsənovun tutulmasıdır

Nuray Kamal
25 İyul, 2022
735

Generala yeni vəzifə verilməsi Tərtər işi zərərçəkənlərini qəzəbləndirib

"Mən 3 gün işgəncələrə məruz qaldım. Hər gün məni toka verdilər, ayağımın altına dubinka ilə vurdular. İki dırnağımı çıxartdılar. Bədənimdə sağlam yer yoxdur" – Bu sözləri deyən Tərtər işi üzrə 2017-ci ildə həbs olunmuş Arif Şəmmədovdur. İyulun 25-də o və hüquq mühafizə orqanlarını saxta vətənə xəyanət ittihamı ilə qanunsuz həbslər keçirmək və işgəncələr törətməkdə günahlandıran başqa şəxslər və onların ailə üzvləri Prokurorluğun İstintaq İdarəsi qarşısında etiraz ediblər.

Etirazın səbəbi ailələrin istintaqın gedişindən narazı olmalarıdır. Etiraz edənlər arasında bəraət alanlar da olub. Onlar başlarına gələn işgəncələrdən danışıblar.
Bəraət alanlardan biri də kəşfiyyatçı Elnur Fərzəliyevdir. Onun sözlərinə görə, general Hikmət Həsənova yeni vəzifə verilməsi onları qıcıqlandırıb. Bir həftə öncə mətbuat Hikmət Həsənovun Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası rəisinin birinci müavini təyin olunduğu barədə xəbər yayıb.

https://toplum.tv/mehkeme/vilyam-haciyeve-12-il-hebs-cezasi-verildi

Elnur Fərzəliyev deyir ki, tələbləri Hikmət Həsənovun həbs edilməsidir:

"2017-ci ildə ən ağır işgəncələrə məruz qalanlardan biriyəm. 1 ay ən ağır işgəncələrə məruz qalmışmam. Toka verilmişəm, suda boğulmuşam. Tələbimiz qatil Hikmət Həsənovun tutulmasıdır. Bura yığışmamızın əsas məqsədi budur. Yeni vəzifəyə qoyulduğuna görə hamı çox qıcıqlanıb. Biz inanırdıq ki, cənab prezidentin yaratdığı istintaq qrupu öz haqlı nəticəsini tapar. Amma görürük ki, belə bir şey yoxdur".

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı "Tərtər işi"nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb. Ölkənin hərbi prokuroru Xanlar Vəliyev həmin iş üzrə işgəncə və pis rəftara məruz qalmış yüzdən artıq zərərçəkən olduğunu bildirib.

https://toplum.tv/mehkeme/vekilden-etiraz-baci-qardasa-mehkemede-dovlet-hesabina-qanunsuz-vezifeler-verilib

Müdafiə Nazirliyindən Hikmət Həsənovla bağlı iddialara dair şərh almaq mümkün olmayıb.  

Bu gün etiraz aksiyası keçirən zərərçəkənlər Prokurorluğa dəvət edilib. Hadisələrin davamı barədə məlumatları izləyəcəyik.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo