13 il əri tərəfindən müxtəlif işgəncələrə məruz qalmış qadın artıq 4 aydır ki, uşaqları ilə birlikdə qadın sığınacağında yaşayır.
Dediyinə görə, bu illər ərzində əri onu evə həbs edib, xırda səbəblərdən döyüb. Bədənində bıçaq, balta izləri indiyədək qalır.
“Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyir, hətta sığınacaqdakı qadınlar da bəzən təhlükə altında qalır. Onun dediyinə görə, qadınların qaldığı yer barədə kimsə xəbər çatdıranda, ailə üzvləri gəlib, həm qadını, həm sığınacaq işçilərini təhdid edirlər.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, ölkədə qadın hüquqları yetərincə qorunmur. Vəkil hüquq mühafizə orqanlarının da bu məsələyə qeyri-ciddi yanaşdığını düşünür. Onun sözlərinə görə, məişət zorakılığına görə cəzalar sərt olmalıdır ki, arvadını döyən kişilər cərimə ilə canını qurtarmasın
Qadınların hüquqlarının tapdanması, məişət zorakılığı hallarının artması ilə bağlı aktivistlər də vaxtaşırı etiraz aksiyaları keçirir.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə Toplum TV-yə bildirib ki, qanunvericilikdə boşluqlar var. Məişət zorakılığına qarşı dövlət proqramı qəbul edilib, qanunvericiliyə dəyişikliklər təklif olunub.
Günay Hüseynova tək deyil, ötən il ərzində 6635 qadın məişət zorakılığına məruz qalıb. 70 qadın bu səbəbədən həyatını itirib.
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Ən uca bayraq dirəyinin qalmaqallı tarixçəsi
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir