Multimedia

Velosiped istifadəçisi: "Təkcə parklara velosiped yolları salmaqla iş bitmir".

Samirə Əli
16 Fevral, 2022
1095

Turqut Rəsulzadə illərdir velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edir. Deyir, bu onun həm cibinə, həm də canına xeyirdir. Amma Bakıda velosiped yollarının qıtlığı onun üçün əngəllər yaradır.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramı hazırlanıb. Həmin proqramda qeyd olunub ki, velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilsin. Eyni zamanda Bakının baş planına görə, 2027-ci ilədək şəhərdə təxminən 64 km, 2040-cı ilədək isə 250 km uzunluğunda velosiped yolunun çəkilməsi nəzərdə tutulub.

Multimedia

Azərbaycanda inklüziv təhsil sistemi və əlilliyi olan uşaqların problemləri

Samirə Əli
31 Mart 2022

Toplum TV

2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramında göstərilir ki, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. Bəs ekspertlər əlilliyi olan uşaqlara tədris edilən dərslərin səviyyəsini necə dəyərləndirir?
Multimedia

Aldığınız dərmanların qiymətləri büdcənizə uyğundurmu? - Bakıda sorğu

Aytac Məmmədli
Samirə Əli
30 Mart 2022
Toplum TV Bakı sakinləri arasında sorğu keçirib.  Paytaxt sakinləri aldıqları dərmanların qiymətlərinin büdcəsinə uyğun olub-olmaması, dərmanların keyfiyyəti barədə danışıb.

Seçilmiş Videolar

Toplum TV loqo