Multimedia

Vergi məcəlləsi dəyişdirilir- Nə var, nə yox?

Roza Məmmədova
20 Noyabr, 2022
271

Milli Məclis Vergi Məcəlləsi ilə bağlı qanun layihəsini müzakirə edir. Burada  həm sahibkarlar, həm də sıravi vətəndaşlara təsir edəcək dəyişikliklər nəzərdə tutulub. Amma sadə vətəndaşın qanunu oxuyub anlaması müşkül ola bilər.

Toplum TV qanun layihəsini ekspertlərlə müzakirə edib.

Deputat Aydın Hüseynov deyir ki,  qanun layiəsinin ən böyük üstünlüyü işğaldan azad edilən ərazilərdə vergi güzəştləridir.

Bunun üçün əsas şərt həmin ərazidə fəaliyyət göstərməkdir. Məsələn, Füzulidə fəaliyyət göstərən sahibkar güzəşt olaraq əmlak, mənfəət, sadələşdirilimiş vergilərdən azad olunur:

Vergilər Məcəlləsinə şəhid ailələrilə bağlı güzəşt də təklif olunur.

Layihəyə görə, Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirlərinin ilk 800 manatı vergiyə cəlb olunmayacaq.

Milli Məclisin iqtisadi siyasət komitəsinin deputatları arasında bu dəyişikliklə bağlı fikir ayrılığı var.

Qanun layihəsində əlavə dəyər vergisindən vətəndaşlara geri ödənən məbləğlə bağlı da müddəa var. Məsələn, vətəndaşın nağd əməliyyatlarda geri qaytara biləcəyi ƏDV məbləği 10 faizdən 5 faizə endirilib, nağdsız, yəni kartla etdiyi ödənişlərdə geri qaytarılan ƏDV-nin isə 15 faizdən 17.5 faizə qaldırılması nəzərdə tutulur.

Bu, Vergi Məcəlləsinə edilən dəyişikliklərin kiçik bir hissəsidir. Hökumət qanun layihəsi qəbul ediləndən sonra bu dəyişiklikləri vətəndaşlara izah edə biləcəkmi, hələ bəlli deyil. Biz isə mövzuya qayıdacağıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Bakıda sorğu: Gənclər niyə iş tapa bilmir?

Toplum TV
29 Sentyabr 2023

Toplum Tv

Bakıda sorğu: Gənclər niyə iş tapa bilmir? Ali təhsil almış gənclər müxtəlif səbəblərdən iş tapmaqda çətinlik çəkir. Bu haqda şəhər sakinlərinin fikirlərini öyrəndik.
Multimedia

İctimai fəal Bəxtiyar Hacıyevə görə həbs olunduğunu deyir

Fərid İsmayılov
28 Sentyabr 2023

Toplum TV

İctimai fəal Rail Abbasovun sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. Vəkil Zibeydə Sadıqovanın onun ev dustaqlığına buraxılması üçün verdiyi şikayət təmin olunmayıb. Rail Abbasov sentyabrın 20-də saxlanılıb. O, külli miqadarda dələduzluqda ittiham olunur. Özü isə ittihamları qəbul etmir.

Seçilmiş Videolar

Toplum TV loqo