Vətəndaş: “Dövlət yoxdursa, qoçu dəstəsi ilə problemimi həll edim”
Beyləqan rayonundan Bakıya gələn fərdi sahibkar Prezident Administrasiyası qarşısında aksiya keçirib.
Tural Xasayev Beyləqanda şirniyyat evi işlədir. Deyir, 2019-cu ildən dövlət əmlak komitəsindən aldığı torpağı istifadə edə bilmir.
Şikayətçi bildirib ki, iki il öncə mübahisəli torpaq ərazisi işini məhkəmədə udub Amma Beyləqan Rayon İcra və Probasiya şöbəsi qərarı icra etməkdən yayınır.
Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi Azər Quliyev isə Toplum TV-yə bildirib ki, məhkəmənin qərarı ötən ilin oktyabrın 29-u icra idarəsinin icrasına daxil olub. Bununla bağlı qurum tərəfindən təyinat verilib və mübahisəli əraziyə gedilib. Həmin ərazidə məhkəmə qərarına əsasən torpaq ölçülüb və iş üzrə Tural Xasıyevə təhvil verilib. Amma həmin iş üzrə qarşı tərəf - Vüqar Babayev qərardan şikayətçi olub və iş apellyasiya məhkəməsindədir.:
Etirazçı Tural Xasayev polis əməkdaşları tərəfindən Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən vətəndaş qəbul mərkəzinə yönləndirilib. Adıçəkilən ünvana gedən şikayətçiyə avqustun 3-ü Prezidentin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovla görüş təyin edilib.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir