Multimedia

Vətəndaş təhlükəsizliyi: AŞPA məruzəçisinə ehtiyac vardımı?

Roza Məmmədova
12 Oktyabr, 2022
688

AŞPA-ya Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı məruzəçi təyin edilib. 

Komitə oktyabrın 11-də məsələni araşdırmağı Böyük Britaniyalı deputat Hanna Bardelliyə tapşırıb. O iki il ərzində Azərbaycandakı sözügedən məsələlərdən AŞPA-ya təfərrüatlı hesabat təqdim edəcək. 

Yeni məruzəçi şotlandiyalı deputat Hanna Bordeli cəsarətli çıxışları ilə tanınır.  

2018-ci ildə Westminsterdəki İcmalar Palatasının tarixi müzakirələr palatasında o futbol oynamışdı və buna görə tənqid olunmuşdu. 

O bu ilin yayında İcmalar Palatasında işgüzar debat zamanı lezbiyan olduğunu və 71 ölkədə LGBTQ+lərin qeyri qanuni olduğunu söyləmişdi. 

Yaxud da deputat çıxışlarında qadınların öldürüldüyü ərazilərdə axşam saat 6-dan sonra kişilərin küçələrə çıxmasını qadağan edən komendant saatının nəzərdən keçirilməsini təklif edib. 

Media eksperti Ələsgər Məmmədli Şuranın jurnalist və hüquq müdafiəçilərinin təhlükəsizliyi məsələsini diqqətdə saxlamasını təsadüf olmadığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Bakıda aksiya: "Qubad İbadoğluya azadlıq!"

Samirə Əli
26 Sentyabr 2023
Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü həbsdə olan sədrləri və  iqtisadçı alim Qubad İbadoğlunun həbsinə etiraz olaraq aksiya keçirib. Etiraz piketinin  saat 13:00 - 14:00 arasında DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında keçirilməsi nəzərdə tutulurdu. Lakin polislər iştirakçıları ərazidəki parka yönləndirdilər.  Piketdə Qubad İbadoğlunun qanunsuz həbsinə son verilməsi; ADR Partiyasının ofisinə giriş qadağasının qaldırılması;  axtarış zamanı ADR partiyasına aid sənədlərin geri qaytarılması tələbləri irəli sürülüb.
Multimedia

Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"

Toplum TV
26 Sentyabr 2023

Toplum TV

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-də saat 06:00-dək uzadılıb. Bakı sakinləri karantin rejiminin uzadılmasına münasibətlərini Toplum tv-nin sorğusunda danışıblar. Taleh Bədəlov

Seçilmiş Videolar

Toplum TV loqo