2010 –cu ildə aldadıldığını deyən Kamal Şabanov Toplum TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçidir ki, 100 sot torpaq satmaq adı ilə ondan 500 min dollarını alanlar hələ layiqli cəzasına çatmayıb. Kamal Şabanov Oqtay Vəliyev və Rauf Namazov adlı şəxsləri günahlandırır, onlar da bir-birini. Rauf Namazov Şabanovun və digər bir neçə şəxsin etibarından sui-istifadə edib pullarını dələduzluqla almaq ittihamı ilə 11 il həbsə məhkum edilib. Oqtay Vəliyev isə məhkəmədə bəraət alıb.
Kamal Şabanov iddia edir ki, ona tələni quran tək adam yox, cinayətkar şəbəkə olub. Şəbəkəyə rəhbərliyi də Oqtay Vəliyevin etdiyini düşünür. Amma şikayətçiin sözlərinə görə, Vəliyevin arxasında daha böyük qüvvələr dayanır. O Konstitusiya məhkəməsinin hakimi Mahir Muradovu şəbəkəni himayə etməkdə günahlandırır.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir