Aylardır Xəzər ətrafındakı hasarlara qarşı mübarizə aparan Buzovna sakinləri arzularına çatıb. İyunun 22-də “Əli Ayağı” ziyarətgahı yanındakı çimərlikdə qanunsuz tikilmiş hasarların sökülməsinə başlanılıb. İndi ərazidə texnikalar işləyir, hasarlar sökülür.
Bakı Şəhər İcra Hakimiyyəti ərazinin qanunsuz tikilmiş hasarlardan təmizlənəcəyini bildirib. Açıqlamada deyilir ki, gələcəkdə belə neqativ hallar olarsa, dərhal tədbirlər görüləcək və ərazi daim nəzarətdə saxlanılacaq.
Amma görünən odur ki, buzovnalıların ibarəsi ilə desək, işğaldan heç də bütün Buzovna çimərlikləri azad olunmur.
Məsələn, qonşuluqda yerləşən “Zuğulba” çimərliyində böyük villalar tikilib, qayalıqlar boyunca çəkilmiş hündür divarlar çimərliyi iki hissəyə bölür. Hələlik rəsmi qurumlar söküntülərin miqyasını, hansı əraziləri əhatə edəcəyi haqqında konkret açıqlama verməyib. Hər halda Buzovna sakinləri nikbindir, etirazı davam etdirəcəklərini söyləyirlər.
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb