Multimedia

Xəzərdəki qaz platformasında partlayış olduğu deyilir - YENİLƏNİB

4 İyul, 2021
2670

Sosial şəbəkələrdə yayılan məlumata görə, Xəzər dənizindəki "Ümid-1" qaz platformasında partlayış baş verib. 

Amma SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov öz "Feysbuk" hesabında yazıb ki, qurumun birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir:

"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi insidentlə bağlı açıqlama yayıb:

"Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. 

Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir".

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə öz "Feysbuk" hesabında hadisəyə belə münasibət bildirib:

"Mənə verilən məlumatda deyilir ki, yanan "Ümid" yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur. Adətən, kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır. Vaxtı ikən yol verilmiş səhlənkarlıq - sementin keyfiyyətsiz, yaxud az olması nəticədində illər sonra həmin quyudan sızmalar baş verir, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir".

"Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə olmasını iddia edənlər də var. Bu kimi məlumatlar insanlar arasında çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib". 

Bu isə hadisəyə "Xəzər Dəniz Gəmiçiliyi"QSC-nin reaksiyasıdır.

Multimedia

Kəndli məhsulunu niyə bazara çıxarda bilmir?

Lida Abbaslı
17 Avqust 2022
Baba Sadıqov illərdir kənd təsərrüfatı ilə məşğuldur. O həm kənddən öz məhsulunu gətirir, həm də topdansatış bazarlarından başqa məhsulları alıb satır.   Baba Sadıqov deyir, qazandıqları ailəni dolandırmağa, borc-xərci ödəməyə zorla yetir  İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, kəndlinin əsas problemi inhisarçılıqdır. Yaşıl bazarda meyvə satmaqla məşğul olan Rəhim kişinin sözlərinə görə, qazancları əvvəlki illərdən çox aşağıdır, gündəlik xərcləri ödəməyə güclə çatır.   Rəhim kişi deyir ki, iş adamları bazarda çoxluq təşkil edir deyə bazara kəndlilər öz məhsulunu gətirə bilmir. Rəşad Həsənovun fikrincə, Azərbaycanda kəndlinin bazara çıxışı üçün uyğun şərait yoxdur.     Gülzadə Namazova  da Göygöldən meyvə gətirib...
Multimedia

Keçilməz Buzovna yolları

Aytac Məmmədli
Roza Məmmədova
17 Avqust 2022
Bura Buzovna-Zağulba magistral yoludur. Avtomobillər üçün maksimum sürət 110, minimum sürət isə 70-dir.  Böyük marketlər, məktəb və digər obyektlər qarşı tərəfdə yerləşdiyindən Buzovna sakinləri hər gün bu yoldan istifadə edirlər. Piyada keçidinin olmaması yolu təhlükəli edir.   Sakinlərin dediyinə görə, bir neçə il əvvələ kimi Buzovna magistral yolu yararsız imiş. Şikayətlərdən sonra yollar təmir olunub. Həmçinin Buzovnada keçid də tikilib. Ancaq bu keçiddən istifadə etmək üçün insanlar 1 km-ə yaxın yol getməlidirlər. Həmin keçidin sonunda da sakinləri daha bir sürpriz gözləyir.   Sözügedən ərazilərdə yol tikintisinin norma və qaydalarına uyğun olaraq aparılmasına Azərbaycan Avtomobil Yolları Agentliyi nəzarət edir. Ancaq bu...

Seçilmiş Videolar

Toplum TV loqo