Multimedia

Yazıçılar Birliyinin 203 minlik qurultayı- Bu vəsait nəyə ayrılıb?

Roza Məmmədova
20 Oktyabr, 2022
1002

Oktyabrın 26-da Yazıçılar Birliyi XIII qurultayını təşkil edir. Tədbir 5 ildən bir keçirilməli olsa da, əvvəlki qurultaydan 8 il ötür. Təşkilat yubanmanı maliyyə çatışmazlığı ilə izah edirdi. Bu dəfəki qurultaya Mədəniyyət Nazirliyi nə az, nə çox 203,600 min manat vəsait ayırıb. 

Bildirilir ki, Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq tədbirə gələcək.

Yazar, publisist Elnur Astanbəyli deyir daha çox, təşkilatın ləğvi ilə bağlı xəbər gözləyirmiş. Qurultaya gəlincə isə o hər hansı yenilik olacağını hesab etmir:

Yazıçı, publisist Pərviz Cəbrayıllı da o fikirdədir ki, qurultay belə bu qurumu dirçəldə bilməyəcək.

Yazıçılar birliyi dövlət büdəcsəsi əsasında fəaliyyət göstərir. Təşkilatın illik xərcləri bir milyona yaxındır. Birliyin səhifəsində fəaliyyətlə bağlı aylıq icmal bölməsi olsa da, bu axırıncı dəfə ötən ilin yayında yenilənib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyir ki, cəmiyyəti maraqlandıran suallara qurultayda cavab veriləcək. O tədbirə ayrılan vəsaiti isə az hesab etmir.

Azərbaycanda qrant müqaviləsi olmadan dini qurumlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları maddi yardım və ya ianə qəbul edə bilməz. Hüquqşünas Yalçın İmanov deyir ki, Yazıçılar Birliyi də QHT hesab olunduğundan qurultay üçün ayrılan vəsaiti qanun pozuntusu hesab etmək olar.

Birliyə ayrılan vəsait dövlət büdcəsindən formalaşır. Büdcə isə vətəndaşların vergiləri hesabına. Hüquqşünas deyir ki, qanunla vətəndaşların şikayət etmək hüququ var. Amma bu nə qədər realdır sual altındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Bakıda aksiya: "Qubad İbadoğluya azadlıq!"

Samirə Əli
26 Sentyabr 2023
Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü həbsdə olan sədrləri və  iqtisadçı alim Qubad İbadoğlunun həbsinə etiraz olaraq aksiya keçirib. Etiraz piketinin  saat 13:00 - 14:00 arasında DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında keçirilməsi nəzərdə tutulurdu. Lakin polislər iştirakçıları ərazidəki parka yönləndirdilər.  Piketdə Qubad İbadoğlunun qanunsuz həbsinə son verilməsi; ADR Partiyasının ofisinə giriş qadağasının qaldırılması;  axtarış zamanı ADR partiyasına aid sənədlərin geri qaytarılması tələbləri irəli sürülüb.
Multimedia

Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"

Toplum TV
26 Sentyabr 2023

Toplum TV

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-də saat 06:00-dək uzadılıb. Bakı sakinləri karantin rejiminin uzadılmasına münasibətlərini Toplum tv-nin sorğusunda danışıblar. Taleh Bədəlov

Seçilmiş Videolar

Toplum TV loqo