Yoxsul vətəndaş: sizi orada rüşvət almağa oturdublar?
Quba sakini Elşən Müslümov bu gün ailəsi ilə birlikdə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçirib.
O nazirlik tərəfindən ona aylar öncə verilən sosial müavinət vədlərinin yerinə yetirilmədiyini və şikayətinə baxılmadığını deyir.
Ailə bir müddət öncə yanğın səbəbilə evini də itirib. Elşən Müslümovun sözlərinə görə, yanan evinin təmir-tikinti işlərinə yardım göstərilməsi ilə bağlı Quba rayon icra hakimiyyətinə müraciət edib və yerli orqan yardım ediləcəyini bildirib. Dediyinə görə, bu vəd də yerinə yetirilməyib.
Etiraz aksiyasından sonra Elşən Müslümov və ailəsi nazirlik tərəfindən qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi "Toplum TV"-nin sorğusuna bu məsələ ilə onların deyil, DSMF-nin məşğul olduğunu bildirib.
Dövlət Sosial Müdafiə Fondu vətəndaşla bağlı şikayətin araşdırılacağını bildirib.
Toplum TV də məsələni diqqətdə saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür