Multimedia

Zərərçəkən 30 min, məhkəmə 4600 manat deyir

Nuray Kamal
20 Oktyabr, 2022
933

Quba rayon sakini 1-ci qrup əlil Mustafa Hüseynov məhkəmə süründürməçiliyindən şikayət edir. O deyir ki, evindəki hamamın suyu qonşusunun evinə sızdığı üçün qonşusuna hamamı söküb yenidən tikməsi üçün icazə verib. Mustafa Hüseynov ona dəymiş ziyanın 30000 manat olduğunu bildirir. Amma nə hamam tikilib, nə də Mustafa Hüseynova dəyən ziyan ödənilib. O, qonşusunu 2019-cu ildə məhkəməyə verib. Evə baxış keçirən məhkəmə ekperti Hüseynova dəyən zərərin 4600 manat olduğunu bildirib. Şikayətçi deyir, birinci gələn ekspert qiymətləndirmə etsə də, ikinci ekspert rəyində zərərin hesablanmasının mümkün olmadığını bildirib.  

Mustafa Hüseynov hamamın tikilməsini yox, ona dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmişin sözlərinə görə, hamam yenidən tikilməyib. Amma məhkəmə hakimi hamamın artıq təhvil verildiyini bildirib.  

Mustafa Hüseynov Quba Rayon Məhkəməsinin verdiyi qərardan razı olmadığına görə Sumqayıt Appelyasiya Məhkəməsinə şikayət etmək istəyib. Amma yüngül məhkəmə işi olduğu əsas gətirilərək o vəkillə təmin olunmayıb. Mustafa Hüseynovun şikayəti ilə bağlı Quba Rayon Məhkəməsindən açıqlama almaq mümkün olmayıb. Sumqayıt Apellyasiya məhkəməsi isə verdiyi açıqlama da bildirib ki, şikayətçi verilən qətnamədən narazıdırsa yenidən müraciət etsin. Məhkəmənin qərarı Mustafa Hüseynovu qane etməyib. Çıxış yolunu mediaya üz tutmaqda görüb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Kürdəmirdə durmadan yayılan xəstəlik, məktəblər bağlanıb

Fərid İsmayılov
29 Noyabr 2023
Kürdəmirdə qızılca xəstəliyi yayılmaqda davam edir. Kürdəmir Rayon Xəstəxanasının məlumatına görə son 10 gündə xəstəxanaya 60 müraciət daxil olub, 1 azyaşlı uşaq vəfat edib.  Rayonun Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan kəndləri də daxil olmaqla bir çox kənddə yoluxma halları qeydə alınıb. Sakinlərin dediyinə görə, xəstəlik uşaqlar arasında durmadan artır. 
Multimedia

"Bu foto dərsliklərə düşəcək"

Fərid İsmayılov
29 Noyabr 2023
“Kanal 13” onlayn televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə noyabrın 28-də Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Ə. Orucov Cinayət Məcəlləsinin 188.2 maddəsi (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) üzrə ittiham olunur.

Seçilmiş Videolar

Toplum TV loqo