Zibillikdən pul qazanıb balalarımı saxlayıram, nazirlik hara baxır? - ETİRAZ
Ramazan Paşayev həyat yoldaşı və dörd uşağı ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə iyulun 19-u etiraz edib.
Vətəndaş vəziyyətinin acınacaqlı olduğunu deyib, sosial yardım tələb edir. Dəfələrlə nazirliyin qəbulunda olduğunu söyləyən şikayətçi qurumun fəalliyyətindən narazıdır:
“Balalarıma çörək istəyirəm. Dörd uşağımla qalmışam küçələrdə. Kirayə qaldığım evin yiyəsi pulu verə bilmədiyimə görə, məni ailəmlə qovub. Sağlamlığımla əlaqədar heç yerdə işləyə bilmirəm. Özüm açıq ürək əməliyyatı keçirmişəm. Danışanda belə təngnəfəs oluram. Acından ölürük bu doğma vətənimizdə. İndi də gəlmişəm nazirliyə. Məni salıblar qəbula. Yenə mənə yalandan vəd verirlər, get, sabah sənin işini araşdıracağıq və işə düzəldəcəyik”,- deyə Ramazan Paşayev bildirib.
Şikayətçinin həyat yoldaşı Röyalə Paşayevanın sözlərinə görə, zibil yeşiklərindən tapdığı qutuları satmaqla övladlarını dolandırır:
“Dörd yaşında uşağımla evimizdən uzaq məsafələrə gedib, dəmir yığıram. Enerji qablarını, kalçuk qablarını satıb çörəkpulu edirəm. Ancaq övladlarımı yedizdirə bilirəm. Özüm də xəstə adamam. Təzəlikcə öd kisəmdən əməliyyat olunmuşam”,- deyə şikayətçi əlavə edib.
Şikayətinə cavab verilməsini gözləyən Ramazan Paşayev hər gün nazirliyə gəlib haqqını tələb edəcəyini bildirib.
Məsələ ilə bağlı “Toplum tv” Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, vətəndaş DOST Agentliyinə yönləndirilib.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir