Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral, 2022
815

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur”

"Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik".

"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir.

"Toplum TV” onunla müsahibəni təqdim edir.

-Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir?

-Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir.

- Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı addımlar atılır?

-Biz vaxtaşırı insanlarla danışırıq. Hazırda elə də böyük təhlükə yoxdur. Bir çox insanlar, tələbələr, gənclər təxliyyə ilə bağlı müraciət edirlər. Bununla əlaqədar Bakıyla, səfirliyimizlə, Moldova səfirliyi ilə əlaqə saxlayırıq. Sərhədə qədər gedib çata bilən sakinləri səfirliyin işçiləri qarşılayır və Azərbaycana qayıtmaqla bağlı tədbirlər görülür. Amma burdan sərhədə qədər olan 60 kilometrlik məsafəni getmək üçün biz bir çox şirkətə müraciət etdik. Onlar da bundan boyun qaçırdırlar. Yollarda tıxac olduğundan heç kim insanların can güvənliyini üzərinə götürməyə cəhd etmir. Çox risklidir. Ona görə də biz sakinləri yerlərindən tərpənməməyə, hansısa ehtiyacları olduqları halda müraciət etməyə səsləyirik.

Açıq mənbələrdən götürülüb

-Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan insanların təhlükəsizliyi üçün hansısa işlər görürmü?

-Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə raket atəşi altındadır. Onlar hazırda məhdud fəaliyyət göstərirlər. Məsələn, mən onları nədəsə ittiham edə bilmirəm. Onlar zəng edib deyirlər ki, bizim atacağımız hər hansı addımda maddi və mənəvi dəstək göstərəcəklər. Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla müntəzim əlaqə saxlayırıq. Bunu da deyim ki, cəbhə xətlərinə yaxın Xarkov, Kiyev, atəş altında olan yerlərdə ümumiyyətlə təxliyyə mövzusundan söhbət gedə bilməz. Çünki yola çıxmaq daha risklidir. Bu yaxınlarda Xerson vilayətində raket hücumu vaxtı yola çıxan ailə həlak olub. Srağagün də bizdə səyahətdə olan bir ailənin bir neçə üzvü həlak olub. Yəni sığınacaqda qalmaq, yola çıxmaqdan yaxşıdır.

-Azərbaycan daxil olmaqla bir çox ölkədə Ukraynaya dəstək aksiyaları təşkil olunub. Ukraynaya göndərilməsi üçün Azərbaycanda əhali bacardığı qədər ərzaq, geyim, tibbi ləvazimat yığıb. Bu məhsullar Ukraynaya çatdırılırmı? Ukraynada əsas nəyə ehtiyac var?

-İlk öncə bunu bildirim ki, xalqımla qürur duyuram. Dünənki dəstəyə görə, təşəkkür edirik, burada bizim başımızı uca ediblər. Ora çıxan hər kəsi bağrıma basıram. Mənəvi dəstək çox vacibdir. Bu addım həm də Ukrayna cəmiyyətində çox ciddi rezonans doğurdu. Qafqazda Gürcüstandan sonra Azərbaycan da dəstək verdi. Həmçinin SOCAR-ın yanacaq doldurma məntəqələrində xidmət başında olan əsgərləri və təcili yardım maşınlarının ucuz benzinlə təmin olunması Ukrayna cəmiyyətində çox müsbət qarşılandı. Ukraynalılar bizə təşəkkür edir, qardaş xalq olduğumuzu bildirirlər. İkinci məsələ ilə bağlı, yəni toplanan ləvazimatların bura gəlib çıxması haqda heç bir məlumatım yoxdur. Burada hazırda əsas ehtiyac tibbi ləvazimatlara və qalın geyimlərədir. Ərzaq baxımından hələlik problem yoxdur. Çörək hər gün vaxtaşırı paylanır. Müəyyən qidaların çatdırılması dayandırılıb. İnşallah o da qaydasına düşər.

Açıq mənbələrdən götürülüb

-Ukrayna əhalisində motivasiya necədir? Məsələn, Odesada şəhəri tərk etməyə çalışırlarmı?

-Müharibəni hərə bir cür qəbul edir. Şəhəri tərk edən də var, ailəsini-uşağını göndərib özü qalan da var, ailəliklə qalan da. Bizdə də biri 6, biri 9 yaşı olmaqla iki körpə var. Biz ailəlikcə burdayıq. Buranı tərk etmək fikrimiz belə yoxdur. Sona qədər də burdayıq.

-Yəni Ukraynanı tərk etmək istəmirsiniz?

-Ukraynanı tərk etmək heç cür mümkün deyil. Çünki bizim burada evimiz var. Buranı özümüzə ikinci vətən sayırıq və heç bir yerə getmək fikrimiz yoxdur.

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Əlisa Nicat: “Zelenski Putini qıcıqlandırır, üzr istəsə, məsələ bitərdi”

Aytac Məmmədli
28 Fevral 2022

Toplum TV

“28 may” metrostansiyasının yaxınlığındakı kitab mağazalarından birində yazıçı-filosof Əlisa Nicatın kitab təqdimatıdır. 5-6 adam yazarın başına yığışıb şəkil çəkdirir, avtoqraf istəyir. Yazar da ərinmədən, əlləri əsə-əsə hər kitaba ayrı-ayrı ürək sözləri yazır. Bəzi kitabları sahibinə verəndə “bu kitabı cilidləyərsən, biz gedərik, sözlər qalar”,- deyə tapşırır.  Nəhayət kitab təqdimatı yekunlaşır. İki saatdır dayanmadan danışan, hərəkətdə olan yaşlı adamın enerjisinin tükənəcəyindən ehtiyat etsəm də, Əlisa müəllimin yorulmadığını görürəm. Elə söhbətə də bundan başlayıram.   -Əlisa müəllim, yorulmamısınız ki? -Pah! Nə yorulmaq? -Necəsiniz? Səhhətiniz necədir? -86 yaşım var. Səhhətimdən elə də narazı deyiləm. Atamın oğluyam da. O 100 il yaşayıb. Yenə də yaşaya bilərdi,...

Seçilmiş Videolar

Toplum TV loqo