“Xocalıma, anamın şəhid olduğu yerə getmək istəyirəm”.
"Toplum TV"-nin budəfəki müsahibi Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır.
Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı.
Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı.
Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O,...
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, komitə yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək.
O bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər.
Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb.
Bəs Azərbaycan diffamasiya ilə bağlı öhdəlikləri niyə yerinə yetirmir?
“Toplum TV” bu və digər suallara aydınlıq gətirmək üçün Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyevə müraciət edib.
- Arif bəy, diffamasiya haqqında qanun çoxdandır ki, müzakirə olunur, niyə hələ də...