Müsahibə

Əfqanıstanlı mütəxəssis: "Yaxın illərdə dünya yeni 11 sentyabra hazır olmalıdır" 

Nigar Səmədli
27 Avqust, 2021
1476

Əsədullah Oğuz - TRT World

"Toplum TV”-nin budəfəki müsahibi Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuzdur.   

O, avqustun 26-da Əfqanıstanda baş verən terror hadisəsi, sülhməramlı qüvvələrin ölkədən təxliyə olunması və ölkədə yeni yaranan vəziyyətlə bağlı sualları cavablandırıb. 

 -Kabil hava limanında baş verən terror hadisəsini ABŞ sülhməramlılarının təxliyəsi ilə əlaqələndirmək olarmı? 

-Əvvəllər də dəfələrlə demişəm ki, ABŞ Əfqanıstanı xaos və qarışıqlıq içində tərk etsə, şübhəsiz ki, bunun müəyyən nəticələri olacaq. Bu nəticələr ABŞ Əfqanıstanı tərk etməzdən əvvəl də ortaya çıxmağa başlamışdı. Hücumu kimin törətdiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, Əfqanıstan yenidən terror ölkəsinə çevrilir. Dünyanın bir çox yerindəki radikal İslamçı təşkilatlar tezliklə Əfqanıstanda toplanacaq və bu, önümüzdəki dövrdə dünyanı ciddi şəkildə narahat edəcək. Mövcud geri çəkilmənin yaxın, orta və uzunmüddətli nəticələri olacaq. Yaxınmüddətli nəticə önümüzdəki günlərdə və aylarda gözlənilən qaçqın axını, ortamüddətli nəticə sağda-solda bomba partlaması, uzunmüddətli nəticə isə son 10-15 ildə dünyanın yeni 11 sentyabra hazır olmasıdır.   

-Türkiyə ordusu da Əfqanıstandan təxliyə olunur. “Taliban”ın ölkədə başqa xarici qüvvələri istəmədiyi ilə bağlı açıqlamaları olurdu. Sizcə, Türkiyənin bu qərarı yubatmaqda məqsədi nə idi?  

-Düşünürəm ki, Türkiyə son ana qədər “Taliban”la razılaşmağa ümid edirdi. Odur ki, qoşunların çıxarılmasını son ana qədər təxirə saldı. Lakin qeyd etdiyiniz kimi “Taliban” əvvəldən ölkədə heç bir xarici qüvvəni qəbul etməyəcəyini bəyan etmişdi. Hər halda Türkiyə hava limanını “Taliban”dan qoruyacaqdı. “Taliban” avqustun 15-də Kabilə girdikdən sonra isə türk əsgərlərinin orada qalmasının heç bir mənası yox idi. 

-Bundan sonra Əfqanıstanda nələr gözlənilir? Ölkənin tamamilə "Taliban"ın əlinə düşdüyünü söyləmək olarmı? 

-Təbii ki, bundan sonra bütün ölkə taliblərin əlində olacaq. Yalnız Pəncşir əyaləti müxalifətin əlindədir, amma bunun da çox əhəmiyyəti olmayacaq. “Taliban” 1990-cı illərdə idarəçiliyinin yenilənmiş versiyasını tətbiq edəcək. Bundan sonra televiziya ekranlarında qadınları qamçılayan, namaza getmədikləri və ya saqqal saxlamadıqları üçün insanları döyən “Taliban” yaraqlılarının görüntülərini görəcəyik. “Taliban” indiki formada hakimiyyətdə olarsa, Əfqanıstanı qaranlıq günlər gözləyir. Amma beynəlxalq ictimaiyyətin təzyiqi ilə geniş əsaslı bir idarə sistemi qurarsa, fərqli bir Əfqanıstan görə bilərik. Nə olacağını dəqiq söyləmək çətindir, bunu zaman göstərəcək. Amma mən düşünürəm ki, “Taliban” kökündən dəyişməyib, eynidir. 

-“Taliban”ın gətirdiyi qadağalar və xalqa göstərdiyi işgəncələrlə bağlı sosial mediada müxtəlif videolar yayılıb. Doğrudur, aralarında saxta olduğu deyilənlər də var. "Taliban" Kabili ələ keçirdikdən sonra tam olaraq nələr baş verir?  

-“Taliban” Kabili ələ keçirdikdən sonra böyük bir çaxnaşma yaşandı və Qərb həyat tərzinə alışmış müasir qadınlar xaricə qaçmaq üçün Kabil hava limanına axışdılar. Həmçinin adi vətəndaşlar da amerikalıların əfqanları təyyarə ilə xaricə apardığını eşidəndə hava limanına qaçdılar. Nəticədə hava limanında lazımsız bir sıxlıq və izdiham meydana gəldi. Halbuki Kabil hava limanına gələnlərin böyük əksəriyyəti təhlükə altında deyildi, sadəcə mövcud qarışıqlıqdan istifadə edərək Qərbə getmək istəyirdi. 

-Ölkədəki qadağalarla bağlı müxtəlif aksiyalar keçirilir. Sizcə, "Taliban" Əfqanıstan xalqı ilə razılığa gələcək, yoxsa qadağalar olduğu kimi qalacaq?  

-Bəzi qadağalar bir qədər yumşaldılacaq və əvvəlki kimi ciddi şəkildə tətbiq olunmayacaq. Ancaq əsas qadağalarda heç bir dəyişiklik olmayacaq. Bunlar qadın azadlığını məhdudlaşdırmaq, namaz vaxtı dükanları bağlamaq, saqqal uzatmaq, musiqini qadağan etmək kimi qayda və qadağalardır. 

-Əfqanıstanlı mühacirlərin fərqli ölkələrə yerləşdirildiyi xəbərləri yayılıb. Digər ölkələrə daha çox kimlər üz tutur və onların həyatı ilə bağlı məlumatınız varmı?

-Xaricə qaçan əfqanların əksəriyyəti şəhərlərdə yaşayan müasir əfqanlardır. Onlar heç bir şəkildə “Taliban” hakimiyyəti altında yaşamaq istəmirlər. Son 20 ildə azadlıq və demokratiyaya öyrəşdikləri üçün taliblərin köhnə və qaranlıq idarəçiliyini istəmirlər. Kənd sakinləri isə “Taliban”ı istəməsələr də, döyüşlərin dayandırılmasından məmnundurlar. Çünki keçmişdə kənd yerlərində hər gün baş verən münaqişələrdə 500-1000 adam ölürdü. 

Müsahibə

Təhsil ocaqlarında COVID-19 problemi – “Əgər yoluxma sayında kütləvilik artarsa...”

Məzahir Abdurahmanov
19 Oktyabr 2021

Trend.az

“Yoluxmanın müəyyən artımı təhsildən yayınma üçün ciddi əsas sayıla bilməz”  “Toplum TV”-nin bu dəfəki müsahibi təhsil eksperti Nadir İsrafilovdun. Onunla  son vaxtlar təhsil sahəsində baş verən hadisələri müzakirə etmişik. Müsahibəni təqdim edirik: - Təhsil ocaqlarında bir müddətdir ki, dərslər başlayıb. Universitetlərin bir çoxunda dərs həm əyani, həm də onlayn formada aparılır. Bunun səbəbi nədir? Niyə hər təhsil ocağında fərqli yanaşma tətbiq edilir? - Hər şeydən əvvəl onu qeyd edim ki, distant təhsil bir çox üstünlüklərə malik olmasına baxmayaraq, heç də məqsəd olmayıb, yaranmış vəziyyətdən çıxış yolu vasitələrindən biridir. Nazirin də qeyd etdiyi kimi “Distant təhsilin ailələr üçün böyük stres və...
Müsahibə

İlham Əliyev Qarabağın statusu haqda: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"  

29 Sentyabr 2021

president.az

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Prezidenti məbtuat xidmətinə əsasən müsahibəni təqdim edirik: - Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun. - Fransız auditoriyası ilə danışmaq üçün mənə bu fürsəti verdiyinizə görə təşəkkür edirəm. - Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər...
Seçilmiş Videolar