Müsahibə

Gənc iqtisadçı: “Dövlət qulluğunda çalışan 3200-ə yaxın şöbə müdirinin cəmi 94-nün yaşı 30-un altındadır”

2 Fevral, 2021
1601

“Toplum TV”-nin müsahibi gənc iqtisadçı Fərid Mehralızadədir.

- Fərid bəy, 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bir gənc olaraq özünüzü necə hiss edirsiz?

- Azərbaycan əhalisinin təxminən üçdə birini gənclər təşkil edir. Bu da kifayət qədər böyük rəqəm hesab oluna bilər. Ölkədə hər 3 nəfərdən biri gənc olduğundan onların qarşılaşdığı problemləri gündəmə gətirmək üçün bu gününün qeyd olunmasını şans kimi düşünmək olar. Problemlər eyni olduğundan mən özümü orta statistik Azərbaycan gənclərdən fərqli hiss etmirəm. Gənclərin rifahının, qarşılaşdığı problemlərin həlli istiqamətində çoxlu görüləcək işlər var.

- Sizcə, gənclərin inkişafı və ictimai-siyasi sferada təmsilçiliyi üçün mövcud şərtlər yetərlidirmi?

-Çox maraqlı məqama toxundunuz. Hətta rəsmi rəqəmlər də göstərir ki, Azərbaycanda bu baxımdan problemlər mövcuddur. Dövlət qulluğunda çalışan 3200-ə yaxın şöbə müdirindən cəmi 94 nəfərin yaşı 30-un altındadır. Ən təəssüf doğuran məqamsa 94 nəfərdən cəmi 10-nun qadın olmasıdır. Rəsmi işsizlik statistikasından görünür ki, gənclər və qadınlar arasında işsizlik əhalinin digər qruplarına nisbətdə daha çoxdur. Onların idarəçilkdə təmsil olunması üçün əlverişli mühit yoxdur. Məsələn, idarəçilik bacarıqlarının formalaşması üçün ilk mühit universitetdə yaranır. Amma universitetdə təhsil alan tələbələr də təsdiq edər ki, onların idarəçilikdə təmsil olunduğu qurumlar daha çox Həmkarlar İttifaqı və tələbə gənclər təşkilatlarıdır. Bu orqanlar isə müstəqil deyillər, universitetin sturukturu kimi fəaliyyət göstərirlər. Gənclərin universitetdən kənar müstəqil fəaliyyət göstərməsi üçünsə bir o qədər də resurs yoxdur. Yəni dövlət orqanlarında gənclərin təmsilçiliyinə yad münasibət var. Digər problemsə onların ictimai fəallığının yüksək səviyyədə olmamasıdır.

- Azərbaycanda xeyli sayda ali təhsilli gənc sürücülük edir və ya bazarlarda, ticarət mərkəzlərində satıcılıqla məşğuldur. Bunun səbəbi onların ixtisas sahələrində maaşların az olmasıdır, yoxsa həmin sahələrdə iş yerlərinin məhdudluğu?

- Problemin əsas səbəblərindən biri təhsilin keyfiyyətsizliyidir. Universitetlərin verdiyi təhsil tələbələrə əmək bazarında mütəxəsis kimi yetişmə şansı vermir. Digər tərəfdən, təhsilə çıxış imkanları da məhduddur. Bizdə hər min nəfərə düşən ali təhsilli şəxslərin sayı həm region, həm də dünya ölkələri ilə müqayisədə 2 dəfə aşağıdır. Bu da təhsilin maliyyələşməsindəki problemlərlə bağlıdır. Əhalinin bütün qrupları heç də ali təhsil almaq imkanına sahib deyil. Çünki bu, bahalı xidmətdir. Başqa bir vacib məqam iqtisadiyyatın sturukturudur. Universitetdə ixtisaslı tələbələr yetişdirilə bilər, bəs iqtisadiyyatda buna tələb varmı? Təəssüf ki, bizim iqtisadiyyatımız daha çox hasilat sənayesi üzrə ixtisaslaşıb. Bu sahədə çalışan 30 min insan ölkənin ümum daxili məhsulunun dördə üçünü istehsal edir. Yəni yüksək texnoloji məhsul istehsalı və əlavə dəyər yaradan digər sahələr inkişaf etmədiyindən, tələbələr də müasir bazarın tələblərinə cavab verəcək şəkildə yetişmədiyi üçün bu problemlə qarşılaşırlar.

- 2019-cu ilin sonlarında İlham Əliyev yaşı 70-i haqlayanların işdən gedəcəyinə ümid etdiyini bildirmişdi. Ancaq bu mesaj sadəcə vəzifə dəyişiklikləri ilə nəticələndi. Sizcə, yaşlılar getmək istəmir, yoxsa hakimiyyət onları buraxmır?

- Yaşlı nəslin idarəçilikdən getməsi, onları gənclərin əvəz etməsi də problemi həll etmir. Məncə, proqressiv dəyişiklik üçün sistemin məsələyə yanaşması dəyişilməlidir. Biz vəzifədə olan yaşlı kadrı daha gənc biri ilə əvəz edə bilərik. Amma bu, həmin qurumun iş prinsipində dəyişikliyə səbəb olacaqmı? Bu baxımdan kadr dəyişikliyindən daha çox idarəçilik prinsipinin islah edilməsinə ehtiyac var. Əks təqdirdə dəyişən yalnız adlar olacaq.

- Sizcə, Azərbaycanda gənclərin ictimai-siyasi sferada təmsilçiliyini artırmaq üçün hansı addımlr atılmalıdır? İlk növbədə nələrin dəyişdirilməsini vacib hesab edirsiniz?

- Siyasi, ideoloji mənsubiyyətindən asılı olmayaraq bütün gənclərə eyni fürsətlər yaradılmalı, mövqe seçimlərinə görə onlara ögey övlad münasibəti dayandırılmalıdır. Resurslara çıxış imkanı olsa, həmçinin onların müstəqil fəaliyyətinə əngəllər törədilməsə, bu problem avtomatik həll ola bilər.

 

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...

Seçilmiş Videolar

Toplum TV loqo