Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

Roza Məmmədova
17 İyul, 2022
601

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib.

Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib.

-Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər?

- Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə, Sabirabad rayon Prokurorluğunda hazırda bu barədə iş gedir. Paralel olaraq, ayın 10-da Qurban bayramında özünü yandıran qazimizlə də bağlı istintaq gedir, buna görə də detallar rəsmi açıqlanmır. İstintaq yekunlaşdıqdan sonra Azərbaycan xalqı hər şeyi biləcək.

- Həmin hadisədən sonra icra başçısı Siraqəddin Cabbarov qazinin yas mərasimində iştirak etdi. Sonra jurnalistlərə açıqlamasında hər şeyin, o cümlədən Cəfərovun psixi problemləri olduğunun və başqa bütün məsələlərin üzə çıxacağını dedi.

- Cənab başçının dediyi söz budur. Ona mən nə deyə bilərəm ki...

- Əgər istintaq bitməyibsə, başçı necə müəyyənləşdirə bilər ki, qazinin psixi problemləri olub?

- İnsanın özünə qəsd etməsi yəqin ki nəsə bir... Belə deyim də müharibədən sonra hər kəs travma alır. Onu şəxsən tanıyırdım, keçdiyi döyüş yolunu, müharibədə göstərdiyi şücaətləri bilirdim. Buna görə müharibədə iştirak etmiş biri kimi onun ölmünə çox pis oldum, Elvin getməli oğlan deyildi. O həqiqətən torpaq uğrunda can qoymuşdu, düşmənlərə qan uddurmuşdu. Belə bir  döyüşçünün travması yəqin başqalarından daha böyük olub.

- Siz deyirsiniz ki, müharibədə insanlar travma alır. Bəs travma alanların reabilitasiyasına yardım edilirmi, yaxud da onlara hansısa şəkildə kömək göstərilirmi?

- Bizim şöbə açılandan bəri əsas məqsədimiz şəhid ailələri, qazi və veteranların diqqət və qayğıdan kənarda qalmamısıdır. Düzdür, kimsə deyə bilməz ki, problem olmayan yer var. Hər bir yerdə problemlər var, iş gedirsə bu qaçılmazdır. Bizə müxtəlif cür müraciətlər daxil olur, işsizliklə, özünə məşğulluqla bağlı və s. Müraciətlərin əksəriyyəti müalicə ilə əlaqədardır. Biz də bununla bağlı öz töhfələrimizi, tövsiyələrimizi veririk.

- Bu töhfələr nədən ibarətdir?

- Belə deyim, müalicə almaq istəyən  qazi müraciət edəndə dərhal rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayırıq.

Xəstəxanada qazinin sağlamlıq vəziyyəti ilə bağlı ilkin diaqnoz qoyulur. Məsələn, psixi problemi varsa, aiddiyyatı şöbəyə yönləndirilir, böyrəyi ilə bağlı problemi varsa, uroloji müalicə aparılır. Əgər burada müalicəsi mümkündürsə edilir, mümkün deyilsə dərhal rayondan kənara  göndəriş verib yollayırıq. 

Bəzi qazilər özəl xəstəxanada müalicə almaq istəyir. Belə olan halda cənab prezidentin sərəncamı ilə yaradılan “YAŞAT” Fonduna müraciət edirik. Elə müharibə iştirakçısı var, bu fond barədə məlumatlıdır. Məlumatlı olmayanları isə maarifləndiririk.

- İcra Hakimiyyətində müharibə iştirakçılarının siyahısı varmı?  Onların şikayət edib-etməməsindən asılı olmayaraq vəziyyətləri barədə necə məlumat alırsınız? Yaxud da necə müəyyən edirsiniz ki, hansısa qazinin və ya şəhid ailəsinin problemi var?

- Bizim rayondan Vətən müharibəsində 1164  igidimiz iştirak edib. Onun 43 nəfəri şəhid olub, 153 nəfəri yaralanıb. 42 nəfər isə müharibə əlilidir. Birdən hansısa qazinin köməyə ehtiyacı olar, deməyə utanar, çəkinər, yaxud da maddi çətinlikləri olar deyə yerli nümayəndəliklə tez-tez əlaqə saxlayıb onlar haqqında məlumatları soruşuruq. Bəzən də elə olur ki, qazilər özləri əlaqə saxlayır. İmkan daxilində nə kömək lazımdırsa edirik.

- Siz yəqin görmüş olarsınız. Elvin Cəfərovun intiharı xeyli müzakirə edildi, gündəm oldu. Hətta Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə yazılan şərhlərdə başçı tənqid edilirdi.

Tənqidlərdən belə anlaşılır ki, müharibə iştirakçılarına laqeyd, soyuq münasibət var. Hətta onlar bəzən qapıdan qaytarılır. Bu tənqidlər yalandırsa, sizcə, necə oldu ki, insanlarda belə qənaət formalaşdı?

 - Hər həftənin cümə axşamı səhər saatlarından başlayaraq başçı qəbul keçirir. Qəbul axşama qədər davam edir, nə vaxt bitəcəyi isə qeyri-müəyyən olur. Qəbulda bütün vətəndaşlar iştirak edə bilər. Müharibə iştirakçıları,onların ailəsi həmişə növbədənkənar qəbul edilir. Məsələn, saat 9-dan növbədə gözləyən adam var, amma saat 12-də hansısa qazi icraya gəlirsə, birinci o içəri daxil olur.

- Bayaq dediniz ki, müharibə travması alanlar həkimlərə yönləndirilir. Elvin Cəfərov psixoloji müalicə almışdı?

- O bizim rayonda müalicə edilib. Ancaq açığını deyim ki, bu barədə tam məlumatlı deyiləm. Hansı sahə üzrə müalicə aldığını deyə bilməyəcəyəm.

- Bəs onda necə əminliklə deyə bilirsiniz ki, bütün qazilərə diqqət və qayğı göstərilir?

- Elvin Cəfərovun son aylarda İcra Hakimiyyətinə müraciəti daxil olmayıb. Biz telefonla əlaqə saxlayırdıq, bəzən də görüşürdük. Çətinliyi olması ilə bağlı məlumatlı deyildik. O həmişə bizdən razılıq edirdi. Dəfələrlə olub ki, dövlət televiziyası çəkiliş edəndə mərhum Elvin Cəfərov da müsahibə verib.

- Siz özünüz də müharibə iştirakçısınız, etiraf edirsiniz ki, hər yerdə problemlər var. Şöbənin müdiri olaraq problemi nədə görürsünüz?

- Tək Sabirabadda deyil, respublika səviyyəli problem müharibə iştirakçılarının işsizliyidir. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ dərindən öz həllini tapacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo