Müsahibə
“İlham Əliyev Azərbaycana rus qoşunlarının soxulmasına icazə verməməli idi”
23 Noyabr, 2020
Baxış: 1751
Londonda yaşayan, özəl məktəblərdən birində dərs deyən həmyerlimiz Ruslan Fərzəliyev "Toplum TV”-nin suallarını cavablandırıb.

- Müharibə başlayandan 10 noyabra qədərki və 10 noyabrdan sonrakı ovqatınızı bir neçə cümləylə necə ifadə edərdiniz? 
 
- Qırx dörd günlük müharibə dovründə boyük coşqu, həvəs və sükranlıqla müzəffər Azərbaycan əsgərinin qələbəsini izləyirdim. Onu da qeyd edim ki, tarixi anlar yaşadığım  üçün özümü çox xoşbəxt hiss edir, bu günlərin məsuliyyətini də dərk edirdim. 10 noyabrdan sonra bəzi dostlarda ruh düşkünlüyü yarandı, "Feysbuk”dan getmək istəyənlər oldu. Biz onlara belə bir addımın yanlış olduğunu izah etdik. Hesab edirəm ki, heç bir halda vətəni darda buraxmaq olmaz. Əksinə, bizim müdaxiləmizə, hadisələrə reaksiya verməyimizə bundan sonra daha ciddi şəkildə ehtiyac var.  

- Sizcə, Rusiyanın məlum bəyanatı Azərbaycana təzyiq vasitəsilə  imzalamağa məcbur etməsi haqda səslənən fikirlər nə qədər əsaslıdır? Belə bir təzyiq olubmu, yoxsa ssenari əvvəlcədən varıydı? 

- Məncə, Rusiyanın əvvəlcədən ssenarisi olub. Umümiyyətlə, imperiya tarixi olan ölkələrdə hər  zaman 10-20 il üçün müxtəlif variantlı planlar olur. Həm də onu nəzərə almaq lazımdır ki, Şimali Azərbaycan dediyimiz ərazi 1828-ci ildən bu yana - arada qısa istisnaları nəzərə almasaq, - Rusiyanın müstəmləkəsi olub və təbii ki, Rusiyanın bu ərazilər üçün müxtəlif gedişatlı senariləri var və olacaq .
 
- Həm Türkiyə, həm Rusiya, həm də Azərbaycan tərəfi qarışıq və fərqli, bir çox hallarda bir-birini təkzib edən açıqlamalar verirlər. Sizcə, nə baş verir?
 
- Münaqişələrdə maraqlı olan tərəflərin bir-birinə zidd bəyanatlar verməsi anlaşılandır. Əsas odur ki, ölkə başçıları öz vətəndaşlarını aldatmasınlar. Çünki istənilən güclü siyasətçi yalnız xalqına arxalanaraq müharibəni qələbəylə başa vura bilər.
Bu müharibədə də Azərbaycan Respublikasının üstünlüyü onun müasir silahlarında deyil, Azərbaycan xalqının yekdilliklə mübarizəyə qoşulması idi. Rusiya, Türkiyə və Azərbaycanın fərqli bəyanatlar verməsinin kökündə isə hər üç tərəfin özünü qalib kimi göstərmək istəməsi durur. Əslində isə tərəflərin hamısının həm qalib, həm də məğlub nöqtələri vardır.
 
- Bir çoxları Rusiyanın Azərbaycana münasibətinin 1990-cı ildəkindən xeyli fərqləndiyini deyərək bu ölkənin sülhməramlılarının Qarabağda yerləşdirilməsində pis heç nə olmadığını bildirirlər. Bu fikrə münasibətiniz necədir? 
 
- 10 Noyabr tarixində Azərbaycana daxil olmuş rus qoşunları sülhməramlı deyillər. Çünki bir ölkəyə sülhməramlı qoşunların daxil olması BMT-nin nizamnaməsi ilə tənzimlənir, ona  mandat verilir. Rusiya bir gecədə BMT-dən mandat ala bilməzdi. Heç belə bir istəklə BMT-yə müraciət də etmədi. Həm də mütləq onu nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Bu baxımdan da mən sualın qoyuluşuyla razı deyiləm. Qarabağda Rusiyanın sülhməramlıları yoxdur.

- Əgər Rusiya tərəfindən təzyiq olubsa, İlham Əliyev cıxış yolu kimi hansı addımı ata bilərdi? 

- Əminəm ki, İlham Əliyevə ciddi təzyiq oldu. İstər Ermənistan ərazisində vurulan Rusiya vertolyotu, istərsə də Bakıya naməlum istiqamətdən atılan iki raket məhz bu təziyiqin əyani subutlarıdır. İlham Əliyev bu şəraitdə ya dərhal xalqa müraciət etməli, ya da istefa verməliydi. O, Azərbaycana rus qosunlarının soxulmasına icazə verməməli idi.
 
- Bir formada Türkiyə hərbçiləri də Qarabağda olacaq. Bu, yetərli sayıla bilərmi? 

- Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi bu tarixi munaqişənin həlli üçün azdır. Azərbaycan və Türkiyə ən azı konfederasiya şəklində birləşməlidir. Azərbaycan xalqının yeganə çıxış yolu  budur.
 
- Yaşadığınız ölkədə Qarabağla bağlı mitinqlər təşkil edirdiniz, konkret bu məsələdə Azərbaycan hökumətinə dəstək göstərirdiniz. Bundan sonrakı fəaliyyətinizi necə müəyyənləşdirəcəksiniz? Ümumiyyətlə, Londondakı diasporda ovqat necədir?

- Britaniyadakı azərbaycanlılar son hadisələrlə bağlı əlahiddə dərəcədə təşkilatlanblar. Ancaq mən bunda Azərbaycan Diaspora Komitəsinin hər hansı bir töhfəsini görmürəm. Gələcək fəaliyyətimiz Azərbaycanda baş verən hadisələrə adekvat olacaq.  44 günlük müharibənin nəticələrinə görə ruhdan düşən həmvətənlərimizi yenidən səngərə qaytarıb yağı düşmənin üzərinə getmək strategiyamız da var.
 
Qızılgül Abdinova
Müsahibə

Zülfüqar Rüfətoğlu: “Bizi vətənə bağlayan torpaqdan daha çox insanlardır” 

Aytac Məmmədli
23 Yanvar 2021

google.az

Bu nə mübhəm gecədir?.. Bu nə mübhəm qəfil səs?.. Gecənin ortasında Üzünə dəyən nəfəs Anaları oyadır - Gedənlərdir – qayıdır... Darvazanın yanında Xışıltı və hənirti... Hərçənd göz gözü görmür, İtlər boşuna hürmür, Gedənlərdir – qayıdır... Ay dekabr ayıdır, Gedənlər ölməyiblər... Və gedənlər qayıdır... Zülfüqar Rüfətoğlunun şeiridir. Bir ay öncə paylaşmışdı. Müharibədən sonra insanlara ümidin heç vaxt ölmədiyini söyləyən şeir… “Toplum TV”-nin müsahibi həmin şeirin müəllifi, Londonda yaşayan jurnalist, şair, tərcüməçi, bir neçə il BBC-nin Azərbaycan xidmətində çalışmış Zülfüqar Rüfətoğludur.  - Zülfüqar bəy, Azərbaycan postmüharibə dövrünü yaşayır. Sizcə, ölkədə nələr dəyişib? - Azərbaycan hərbi-siyasi mənada böyük qələbə qazanıb. Dəyişən şeylər isə...
Müsahibə

Jurnalistikada gecə və gündüzün hekayəsi – Jurnalistikanın tədrisi layihəsi

Nigar Səmədli
22 Yanvar 2021

Əkinçi

“Azərbaycan jurnalistikasındakı boşluqlardan biri azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır”. “Toplum TV”-nin budəfəki müsahibi jurnalist, multimedia təlimçisi Vüsalə Əlibəylidir. O, "Əkinçi"nin jurnalistikanın tədrisi ilə bağlı yeni layihəsi haqqında danışıb. - “Media və jurnalistika” təliminin qarşısına qoyduğu məqsədlər nələrdir və hansı yeniliklər əhatə olunub? - "Əkinçi"nin bir çox layihələri kimi bu da çox unikaldır. Layihədə yer alan epizodların hər birinin ssenarisi yazılır, xüsusi olaraq seçilir və səsləndirilir. Ssenarilərin yazılması və səsləndirilməsi isə mənə aiddir. Layihə rəhbəri Vüqar Salamlı mənə bu barədə bəhs edəndə çox sevindim, çünki bu, jurnalist olaraq bizim hər zaman yaralı yerimiz olub. Düşünürəm ki, həm...
Seçilmiş Videolar