Müsahibə

"Mühacirlər hakimiyyətdən pul alıb klanlararası davalarda iştirak edirlər" -  Yafəz Əkrəmoğlu 

17 Mart, 2021
1156

sosial media

Yafəz Əkrəmoğlu

Son günlər Avropada yaşayan azərbaycanlı mühacirlərin təzyiqlərə və hətta hücumlara məruz qalmaları barədə xəbərlər yayılır. 

“Toplum TV” bunun səbəbləri
və mühacirlərlə bağlı digər məsələlər barədə  "Azadlıq” radiosunun keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğluyla danışıb. 

- Yafəz bəy, Sizcə, Məhəmməd Mirzəlini niyə və kimlər bıçaqladılar?

- Məhəmməd Mirzəli ilə şəxsi tanışlığım yoxdur. Vəzifəli şəxslərin qadın qohumları haqda kəskin ifadələr işlətdiyi videoları rastıma çıxıb və ikrah doğurub. Mən bu cür mübarizə metodunu qəbul etmirəm, buna mübarizə demək olarsa. Onun bıçaqlanmasıyla bağlı müxtəlif versiyalar səslənir. Ən populyarı məhz söyüşlərinə görə hakimiyyət tərəfindən cəzalandırılmasıdır. Bundan əvvəl də güllələnməsiylə bağlı xəbər yayılmışdı. Özü Azərbaycan hakimiyyətini günahlandırırdı. İndi dostları yazır ki, bunu ərəb əsilli şəxslər edib və artıq Mirzəli onlara qarşı şikayətini də geri götürüb. Son bıçaqlanma hadisəsini yaxın çevrəsi hakimiyyətə bağlayır. Deyilənə görə, ayda 3 min avro müqabilində Azərbaycan hakimiyyətiylə hansısa razılaşmaya gedib - çox güman, söyüşlərə son verməklə bağlı, - bir müddət bu məbləği alıb da. Sonra razılaşmanı pozduğu və buna görə də cəzalandırıldığı deyilir. Amma bunlar sadəcə ehtimallardır. Hadisə Fransada baş verib. Fransa demokratik, məhkəmə sistemi azad olan hüquqi bir ölkədir. Yəqin ki, araşdırıb həqiqəti ortaya çıxaracaqlar. 

- Hakimiyyətin başqa mühacirlərə də pul verməsi barədə xeyli şaiyələr var. Sizin bu haqda məlumatınız varmı?

- Bu proses uzun illərdir davam edir. Avropadakı müxalifətin 90 faizi hakimiyyətin nəzarəti altındadır. Daha doğrusu, Rusiyaya bağlı olan Ramiz Mehdiyev komandasına. Biz bilirik ki, hakimiyyət daxilində ikitirəlik yaranıb. Digər tərəf - Paşayevlər komandası əks-hücuma keçib. Bu cür hakimiyyətdaxili qruplaşmaların ən güclü silahı onların nəzarətinə keçmiş müxalifət qüvvələridir. Artıq Paşayevlər komandası Avropadakı müxalifətçiləri neytrallaşdırmaq, digər komandanın əlindən çıxarmaq üçün hərəkətə keçib. Əsasən pulla ələ almağa üstünlük verirlər. Daha çox pul təklif etməklə, buna qismən nail olurlar da. Paşayevlər, necə deyərlər, Avropaya nisbətən yeni ayaq açırlar. Görün, uzun müddətdir Avropada kök atmış Rusiyaya bağlı Mehdiyev komandası neçə "siyasi mühaciri"  bəsləyir. İddialara görə, onların əvvəlki kassiri Serbiyadakı keçmiş səfir, hazırda həbsdə olan Eldar Həsənov olub. Onun həbsi də elə komandalararası çəkişmənin nəticəsi idi. Qeyd etdiyim kimi, bu məsələnin kökü 2000-ci illərə gedib çıxır. Almaniyada tanınmış azərbaycanlı müxalifətçilərə qarşı açılmış "miqrant alveri" cinayət işində də əsas araşdırılan məqam saxta sənədlərlə həm Rusiyaya, həm də Azərbaycana agentlik edən şəxslərin siyasi mühacir adı altında Avropaya yerləşdirilməsidir. Bu müxalifətçilər hakimiyyətlə əlbir olaraq indiyə kimi yüzlərlə agenti "siyasi mühacir" adı altında Avropaya yerləşdiriblər. 3 ildir davam edən istintaq bir-bir araşdırıb, ortaya çıxarır. Şəbəkəni tam üzə çıxarmaq üçün digər Avropa ölkələri ilə əməkdaşlıq edilir. Yəqin ki, məhkəmədən sonra elan olunacaq. 

- Yeri gəlmişkən, o cinayət işi nə yerdədir,  yenilik varmı? Agent mühacirlər Almaniya üçün hansı təhlükəni yaradırlar ki, onları ifşa etmək istəyirlər? 

- Məndə olan məlumata görə, cinayət işi genişləndirilib. Başqa maddələr də əlavə olunub. Bir neçə maddə üzrə ittiham olunurlar:  miqrant alveri, Azərbaycanın xeyrinə casusluq, Azərbaycan məmurlarının çirkli pullarının yuyulması, qadın alveri. Bunların hamısı ağır maddələrdir. Müxalifətçi hesab etdiklərimizdən ibarət olan bu şəbəkə bütün Avropaya yayıldığı üçün cinayət işini başa çatdırmaq uzun çəkir. İşlər həm də pandemiyaya görə ağır gedir. Avropa ölkələrini ən çox narahat edən məqam bu şəbəkənin əliylə Rusiya və Azərbaycana bağlı agentlərin uzun illərdir siyasi mühacir adı altında bura yerləşdirilməlidir. Həmin şəxslər Eldar Mahmudovun zamanında daha fəal olublar.

Mənim öz araşdırmalarıma görə, bu illər ərzində Avropaya yüzlərlə azərbaycanlı agent yerləşdirilib. Bu agentlərin hərəsinin öz funksiyası var. İstənilən agent yaşadığı ölkə üçün təhlükəlidir. Almaniya hökuməti Azərbaycan hakimiyyətiylə əlaqələrinə görə bir neçə deputatı cəzalandırdı, onlara qarşı cinayət işi açıldı. Rusiya və Azərbaycanın xeyrinə casusluq edən, məmurların çirkli pullarını yuyan azərbaycanlıları niyə bağışlamalıdılar? 

- Müxalifətçilərə pul verənlər onlardan əsasən nə tələb edirlər? 

- Pulu Azərbaycanda heç bir müxalif siyasi fəaliyyəti olmayıb Avropaya gələndən sonra əjdahaya dönən "qəhrəmanlara” verirlər. Belə  “müxalifətçilərin”  bəzilərinə yalnız söyüş söymək tapşırılıb. 
Bunu ən çox Ramiz Mehdiyevə bağlı olanlar edir. Bəziləri hər iki komandadan pul almağa çalışıt. Yaxud bir komanda o birinə öz agentini göndərir. Belə söhbətlərin üstü açılanda da cəzalandırılırlar. Avropadakı bu söyüş dəstələrini həm də cəmiyyətin "ciddi müxalifət" hesab  etdiyi bəzi şəxslər idarə edir və dəstəkləyirlər.
 Çoxları məsələnin dərinliyinə varmadan bu söyüşkənləri "hakimiyyətin rəqibi" adlandırıb, müdafiə edir. Belə rəqiblikmi olar? Bu, daha çox şəxsi ədavətə bənzəyir. Bax, ən təhlükəli məqam da elə budur. Söyüş indiyə kimi hakimiyyətin ritorikası olub. Müxalifət bu üsula əl atmamalıdır. Doğrudir, hakimiyyətin qurbanı olan hər kəs müdafiə olunmalıdır, amma söyüş söyənlər müxalifətdən kənarlaşdırılmalıdır. Mən Azərbaycanda müxalif fəaliyyəti olmayan, Avropaya gəldikdən sonra fəallaşan, əsasən də söyüş söyən mühacirlərə şübhə ilə yanaşıram, onları heç vaxt  müdafiə etmirəm və etməyəcəm də. Avropadakı siyasi mühacirlərin ən az 90 faizi bu cür "müxalifətçilərdir”. Bu 90 faizin də çoxu müxalifətin əliylə Avropaya yerləşdirilən agentlərdir. Digərlərini də pulla ələ almaq elə də çətin deyil. 
Mənim prinsipim belədir: hər iki komandadan və onların gizli əlaltıları olan müxalifətçilərdən uzaq durmaq. Yəni "ilanın ağına da lənət, qarasına da" deyirəm. Çünki hər iki komanda eyni sürətlə Azərbaycanı uçuruma aparır.

- Mühacirlər Avropanın müxtəlif ölkələrində müxtəlif aksiyalar keçirirlər. Onların fəaliyyətinin Azərbaycan üçün hansısa faydası varmı, Sizcə?

-  Avropada tək-tük mühacir təşkilatı tapmaq olar ki, hakimiyyətdəki iki qrupdan biri ilə bağlılığı olmasın. Əksər hallarda aksiya keçirməkdə məqsəd bir-birinə güc nümayiş etdirməkdir. Həmin tədbirlərdə iştirak edənlərin böyük əksəriyyətinin məqsədi isə siyasi sığınacaq almaqdır. Almaniya hökumətinə göstərmək istəyirlər ki, baxın, mən Azərbaycan hakimiyyətinə qarşı aksiyada iştirak edirəm, məni geri göndərməyin. Miqrant alveriylə məşğul olanlar aksiyaları həm də  bu məqsədlə təşkil edirlər. Amma bu metod artıq keçərli deyil. Məsələnin gülməli tərəfi odur ki, Azərbaycan hakimiyyətinə qarşı keçirilən aksiyalar nədənsə Azərbaycan səfirliyi qarşısında yox, Almaniyanın dövlət qurumları önündə keçirilir. Bu da onların səmimi olmadığını göstərir. Tələbin var, get, səfirliyin qarşısında səsləndir.
 Çox maraqlı sualdır ki, mühacirlər Azərbaycana hansı şəkildə fayda verə bilərlər. Bizim ilk işimiz yaşadığımız ölkəyə sürətli inteqrasiya olmalıdır. Daha sonra siyasi həyata qatılıb, partiyalarla əlaqə yaratmaq, nüfuzlu siyasətçilərə çıxış tapmaq, bu yolla Azərbaycandakı proseslərə onların əli ilə təsir etmək. Bu ən təsirli vasitə olardı. Ancaq təəssüf ki, indiyə kimi heç bir siyasi mühacir bu yöndə fəaliyyət göstərməyib. Ya rahat həyata, ya da bir çoxları kimi, mühacir alveri və digər cinayətlər vasitəsilə varlanmağa üstünlük veriblər. Avropa küçələrində aksiya keçirib azərbaycanca şüarlar səsləndirməklə heç nəyə nail olmaq mümkün deyil. Avropanın ortasında niyə azərbaycanca şüar səslənsin ki? Çünki on illərdir yaşadıqları ölkələrin dilini elementar səviyyədə belə örənməyiblər. Başları yuxarıda dediyim işlərə qarışıb. Sıravi avropalını Azərbaycan qətiyyən maraqlandırmır, o ki qalmışdı yad dildə deyilən şüarlar ola.

 - İkinci Qarabağ müharibəsindəki qələbə mühacirlərin hakimiyyətə və ümumiyyətlə Azərbaycana münasibətini dəyişibmi, Sizcə?

- Bu məsələdə də müxtəlif düşüncələr var.

Azərbaycanda necə, burda da elə. Azərbaycan bu davada haqlı tərəf idi və işğal olunmuş ərazilərin böyük hissəsini geri ala bildi. Bunu hakimiyyətin ayağına yazanlar da var, ordunun qələbəsi hesab edənlər də.

Müsahibə

“Azərbaycan Ermənistandakı seçkinin nəticələrinə təsir göstərməyə çalışacaq”

Roza Məmmədova
22 May 2021

Sosial media

Prezident İlham Əliyev mayın 21-də Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq istədiyini bildirib. O, sazişin detallarını açıqlamasa da, qarşı tərəfin Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməli olduğunu söyləyərək “Bu, müzakirə mövzusu deyil” deyib. Eyni gündə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən, seçkilərə hazırlaşan Nikol Paşinyan da sülh sazişindən danışıb. Bu durumda sülh müqaviləsinin imzalanması nə qədər realdır? “Toplum TV” bu haqda hərbi jurnalist Səxavət Məmmədlə danışıb. - Üçtərəfli sülh bəyanatının bölgədəki vəziyyəti tam tənzimləmədiyi deyilirdi. Eyni zamanda, İlham Əliyev Dağlıq Qarabağın status məsələsinin keçmişdə qaldığını söyləsə də, bu məsələ müzakirə mövzusu olaraq qalmaqdadır. Sizcə, İlham Əliyevin sülh təklifi vəziyyəti...
Müsahibə

“Azərbaycan İsrail-Fələstin münaqişəsində hansısa tərəfi dəstəkləməməlidir”

Nigar Səmədli
14 May 2021

Sosial media

Fələstinlə İsrail arasında illərdir gərgin olaraq qalan münasibətlər mayın 11-dən növbəti dəfə kəskinləşib. Fələstin ərazilərinə nəzarət edən HƏMAS qrupu Qüdsün Əl-Əqsa məscidini İsrailin təcavüz və terrorizmindən qorumaq üçün səy göstərdiyini bildirib və sözügedən məscidin mühasirədən çıxarılması tələb edib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 27-i uşaq olmaqla,103 fələstinli öldürülüb, ən az 530 nəfər yaralanıb. İsrail tərəfi hərbi əməliyyatlar başlayandan bəri yeddi nəfərin öldüyünü açıqlayıb. “Toplum TV” iki ölkə arasında baş verənlərlə bağlı siyasi şərhçi Zaur Əkbərlə danışıb. - İsraillə Fələstin arasında illərdir münaqişə davam edir. Hazırkı qarşıdurmanın əsas səbəbi nə oldu? - Yaxın Şərq hər zaman barıt çəlləyi olub və qeyd...
Seçilmiş Videolar