Müsahibə

Nahid Cəfərov: "Avtoritar sistemlər çalışır ki, insanlar büdcədən daha çox asılı olsunlar"

Aytac Məmmədli
18 Fevral, 2021
440

Nahid Cəfərov - sosial media

"Toplum TV"-nin budəfəki müsahibi "OYAN" hərəkatının idarə heyətinin üzvü Nahid Cəfərovdur.


O, Naxçıvana dəmiryolu ilə bağlı Azərbaycan və Ermənistan rəsmilərinin səsləndirdiyi ziddiyyətli çıxışları şərh edib.


- Nahid bəy, Naxçıvana dəmiryolunun çəkilməsi Ermənistanın da xeyrinədir, onu təcrid vəziyyətindən çıxarır. Ermənistan niyə buna qarşıdır?


- Ermənistan məsələdə birbaşa maraqlı tərəf kimi görünməsə də, uzun vədədə bu layihədən qazanclı tərəf kimi çıxacaq. Belə ki, layihə işə düşəcəyi təqdirdə Naxçıvanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin böyük yükü bu xəttin üzərinə düşəcək. Bu da Dağlıq Qarabağ məsələsində Azərbaycanın əl-qolunu bağlamış olur. Sabah Dağlıq Qarabağda baş verəcək istənilən bir məsələyə Azərbaycanın sərt reaksiya verməsinin xərci artır.


- 10 noyabr bəyanatının mətnində deyilir ki, nəqliyyat daşımalarına Rusiya FTX-nin sərhəd xidməti nəzarət edəcək. Sizcə, yaranmış bu ziddiyyət Rusiyanın marağındadır?


- Rusiya dəmiryolu xəttinin çəkilməsində maraqlıdır. Bir dövlət üçün regional geosiyasi əhəmiyyəti olan bir yola nəzarət etmək son dərəcə vacibdir. Biz tarixdə baş vermiş müharibələrin səbəblərinə baxsaq, bu müharibələrin böyük əksəriyyəti məhz ticarət və kommunikasiya yolları uğrunda baş verdiyini görərik. Düşünürəm ki, Rusiya nəinki bu yolun işə düşməsində, hətta bu yoldan geniş istifadə olunmasında maraqlıdır. Planlaşdırılan dəmir yoll xəttinin regional dövlətlərin ticari əlaqələrində vacib rol oynaması bu xəttin təhlükəsizliyini təmin edəcək Rusiyanın mövqeyini gücləndirir və regional dövlətləri Rusiyadan asılı edir.


- Bəs Azərbaycan dəhlizdən imtina edə bilərmi?


- Azərbaycanda məsələyə yanaşma, fikrimcə, birmənalı deyil. Rəsmi Bakı məsələdə maraqlı tərəf kimi görünsə də, məncə, Naxçıvandakı hakimiyyət bu layihədən o qədər də məmnun deyil. Bu layihə işə düşəcəyi təqdirdə Naxçıvan vasitəsilə kapital axınının həcmi artacaq və bu da Vasif Talıbovun üzərinə əlavə səlahiyyətlər qoyacaq. Bu xəttin işə düşəcəyi təqdirdə Naxçıvanda yeni sosial-iqtisadi reallıqlar yaranacaq. Buna da nəzarət edə bilmək üçün Vasif Talıbova əlavə işlərin görülməsi lazım olacaq.


- Naxçıvanda yeni sosial-iqtisadi reallıqlar yaranacaq dedikdə nəyi nəzərdə tutursunuz?


- Avtoritar sistemlərdə dövlət çalışır ki, insanlar büdcədən daha çox asılı olsunlar. Bu asılılıq insanların hökumətə olan loyallığını formalaşdırır. Yeni ticari əlaqələrinin inkişafı büdcədən asılılığı müəyyən qədər azalda, bu da siyasi rejim üçün narahatlıqlar yarada bilər. Naxçıvan vasitəsilə Türkiyəyə yükdaşımalar arta bilər. Bundan əlavə, əgər bu günə qədər Naxçıvana gedənlərin böyük əksəriyyəti Naxçıvan sakinləri idisə, indi naxçıvanlı olmayan insanlar da rahat gedə, oradakı informasiya blokadasına təsir edə biləcək. Bütün bunlar iqtisadiyyatın yaratdığı sosial reallıqlardır ki, bu da siyasi hakimiyyət üçün yeni oyun qaydalarının formalaşmasını labüdləşdirir.


- Hər iki tərəfin açıqlamalarından sonra bu gün 3 ölkənin də xarici işlər nazirləri danışıqlar apardılar. Müzakirə mətnində var idi ki, nəqliyyatdan da söhbət gedib. Deməli, ortada bir konflikt var, elə deyil?


- Konflikt detallarda ola bilər. Qatarların Ermənistanda dayanması Ermənistan üçün kifayət qədər vacib bir nüansdır. Digər tərəfdən, unutmaq lazım deyil ki, ümumi sövdələşmə Ermənistanda məğlubiyyət kimi qarşılanır. Dəmir yol xəttinin də məhz bu sövdələşmədə yer alması Ermənistan ictimaiyyətində Bakının qələbəsi kimi alqılana bilər və Ermənistan hakimiyyətinin də verdiyi bəyanatlar buna hesablanmış ola bilər.

Müsahibə

“Azərbaycan İsrail-Fələstin münaqişəsində hansısa tərəfi dəstəkləməməlidir”

Nigar Səmədli
14 May 2021

Sosial media

Fələstinlə İsrail arasında illərdir gərgin olaraq qalan münasibətlər mayın 11-dən növbəti dəfə kəskinləşib. Fələstin ərazilərinə nəzarət edən HƏMAS qrupu Qüdsün Əl-Əqsa məscidini İsrailin təcavüz və terrorizmindən qorumaq üçün səy göstərdiyini bildirib və sözügedən məscidin mühasirədən çıxarılması tələb edib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 27-i uşaq olmaqla,103 fələstinli öldürülüb, ən az 530 nəfər yaralanıb. İsrail tərəfi hərbi əməliyyatlar başlayandan bəri yeddi nəfərin öldüyünü açıqlayıb. “Toplum TV” iki ölkə arasında baş verənlərlə bağlı siyasi şərhçi Zaur Əkbərlə danışıb. - İsraillə Fələstin arasında illərdir münaqişə davam edir. Hazırkı qarşıdurmanın əsas səbəbi nə oldu? - Yaxın Şərq hər zaman barıt çəlləyi olub və qeyd...
Müsahibə

Əli Kərimli: “Heç nəyi dəyişmək istəməzdim”

Şəhla Kərim
28 Aprel 2021

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin doğum günüdür. “Toplum TV” onunla müsahibəni təqdim edir. - Əli bəy, 56 yaşınız tamam olur. Yaşadığınız ömrü necə qiymətləndirirsiniz? Nəyisə dəyişmək şansınız olsaydı, bu, nə olardı? - Çox şükür edirəm Allahıma ki, peşmanlıq hissi keçirmədən yaşayıram. Özümü xalqım, ailəm, dostlarım qarşısında alnıaçıq, üzüağ hesab edirəm. Verdiyim mühüm qərarlara görə peşmanlıq hissi keçirmirəm. Ona görə də nəyisə dəyişmək istəməzdim. Yenidən yaşasaydım, həlledici məqamlarda indiki həyatımda verdiyim qərarları seçərdim.  - İndiyə qədər siyasi fəaliyyətinizdə etdiyiniz ən böyük səhv, Sizcə, hansıdır? - Mən siyasətçiyəm, mənə xalqımız qiymət verməlidir. Özümün müəyyən mülahizələrim ola bilər. Amma nəzərə alın...
Seçilmiş Videolar