Müsahibə
“Qadın elə bir varlıqdır ki, özünü anlasa dünyanı yerindən oynada bilər...”
28 Mart, 2019
Baxış: 1985
Pərvin Abbasov Slavyan Universitetinin 3-cü kurs tələbəsidir. 

Siyəzən rayonunda orta məktəbi bitirən Pərvin böyüdüyü mühitdə qadınlara qarşı zorakılığın şahidi olduğunu deyir. Və o, vaxtaşırı bu mövzuya şeirlərində və yazılarında toxunur. 

Toplum TV-yə müsahibəsində tələbə bildirib ki, şahidi olduğu bu münasibətə qarşı çıxmağı qarşısına məqsəd qoyub.

- Yaşadığı ərazinin bir qadının həyatında, azadlığında rolu varmı?
 
- Deməzdim ki, rayonda qadın hüquqsuzdur, böyük şəhərlərdə əksinə azaddır. Sadəcə insanın özündən asılıdır. İnsan düşdüyü yerdə öz azadlığını yaratmalıdır. Azadlıq mübarizədən doğur. Mübarizə yoxdursa, azad ola bilməzsən. Hər şey insanın öz düşüncəsindən asılıdır. Əgər bir qız diplomu cehiz kimi görürsə, onun oxumağı mənə gülməli gəlir, sadəcə vaxt itkisidir. Mənim rayonda qız dostlarım var. Normal düşüncəyə sahibdirlər, ən azı niyə var olduqlarını dərk edirlər. Onlar elə bir mühitdə böyüyüblər ki, rayonda qardaş bacının qoluna girməyə çəkinir. Qıraqdan deyərlər ki, sevgilisi var.
 
- Bu amilin hər hansı müsbət təsiri varmı?
 
- Ən azından ətrafında sənin düşüncənə hörmət edən adamlar olanda psixoloji zorakılığa məruz qalmırsan. Məsələn, sən gedib rayonda desən ki, jurnalist olmaq istəyirəm hamı sənə gülər, rişxənd edər. Çünki rayonda, kənddə kim efirə baxırsa, oradakı jurnalistlərə, müğənnilərə söyür. Amma Bakıda və ya böyük şəhərlərdə bu belə deyil. Beş nəfər mənfi bir şey desə, on nəfər müsbət qarşılayar. Rayonda fikrə hörmət yoxdur. Ən uzağı gülə bilərlər.
 
- Qadınlara qarşı bu münasibətin səbəbi nədir?
 
- Feminizm niyə yaranıb? Qarşı cinsə hörmətin olmaması ilə bağlı olaraq. Əgər bu olsa, heç bir hərəkata, filmə, əsərə ehtiyac qalmaz. Bunların niyə var olduğunu özüm də anlamıram. Gecə saat 9-da mən hər hansı qız dostumla çölə çıxsam, onun yerinə mən narahat oluram. Yəni bu düşüncə normal, insani düşüncə deyil. Normal düşüncə belə olmamalıdır, normal cəmiyyət belə olmamalıdır.
 
- Şahidi olduğunuz hər hansı bir zorakılıq hadisəsi varmı?
 
- Məktəb vaxtı Leyla adlı bir qız var idi. Ona hədiyyə almışdım. Hədiyyənin nə olduğu yadımda deyil. Çünki hadisəni hər zaman unutmaq istəmişəm... Bu məsələni atası bilmişdi. "Qızını döyməyən, dizini döyər” düşüncəsinin sahibi biri idi. 4-cü ya 5-ci sinifdə oxuyurduq. Qız döyülmüşdü, özü də gözlərimin önündə. Evdə də məni danlamışdılar. Əslində o yaşda bir uşağa deyiləcək sözlər deyildi. "Camaatın qızı” ifadəsi məndə ağır travma yaratmışdı. Ondan sonra da çox görmüşəm, istər hazırlıq vaxtı, istər məktəb vaxtı, hətta indinin özündə də... Bir qız fikir deyəndə, ona qarşı hörmət yoxdur. Söhbət edərkən adi fikrini desə, ancaq gülüş, lağ, rişxənd... "Siz qızsız” adı altında o qədər şeylər yatıb ki... Çünki müəyyən çərçivəyə salmaq istəyirlər. Qadın elə bir varlıqdır ki, özünü anlasa, dünyanı yerindən oynada bilər. Hər zaman soruşmuşam niyə, amma cavab tapa bilməmişəm. Bacardığım qədər hər zaman fikrimi deyib qarşı çıxmışam. Buna görə mənə hər cür adlar qoşublar. Qadına dəyər verməyi normal düşüncə kimi qəbul edə bilmirlər.


Saray Cəlilova
Toplum.tv
Müsahibə

Jurnalistikada gecə və gündüzün hekayəsi – Jurnalistikanın tədrisi layihəsi

Nigar Səmədli
22 Yanvar 2021
“Azərbaycan jurnalistikasındakı boşluqlardan biri azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır”. “Toplum TV”nin budəfəki müsahibi jurnalist, multimedia təlimçisi Vüsalə Əlibəylidir. - “Media və jurnalistika” təliminin qarşısına qoyduğu məqsədlər nələrdir və hansı yeniliklər əhatə olunub? - Əkinçinin bir çox layihələri kimi bu da çox unikaldır. Layihədə yer alan epizodların hər birinin ssenarisi yazılır, xüsusi olaraq seçilir və səsləndirilir. Ssenarilərin yazılması və səsləndirilməsi isə mənə aiddir. Layihə rəhbəri Vüqar Salamlı mənə bu barədə bəhs edəndə çox sevindim, çünki bu, jurnalist olaraq bizim hər zaman yaralı yerimiz olub. Düşünürəm ki, həm jurnalistlərin, həm də cəmiyyətin media savadlılığı baxımından Azərbaycan cəmiyyətinin də...
Müsahibə

Nahid Cəfərov: "Azərbaycanda siyasi partiya yoxdur"

Nigar Səmədli
21 Yanvar 2021
“Azərbaycanda cəmiyyət dəyişərsə, hakimiyyət də dəyişəcək” “Toplum TV”nin budəfəki müsahibi "OYAN" hərəkatının idarə heyətinin üzvü Nahid Cəfərovdur.  O, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara ofislərin verilməsi, iqtidarın siyasi dialoq təşəbbüsü və digər məsələrlə bağlı sualları cavablandırıb. - Son zamanlar Azərbaycanın siyasi müstəvisində müzakirə edilən mövzulardan biri hakimiyyətin siyasi dialoq təşəbbüsü ilə bağlıdır. Sizcə, indiki durumda Azərbaycanda iqtidarla müxalifət partiyaları arasında belə bir dialoqun olması nə dərəcədə realdır? - Bu suala cavab vermək üçün digər ölkələrdə dialoqla bağlı bəzi qanunauyğunluqları müəyyən etmək və onları Azərbaycanla müqayisə etmək istərdim. Bütün ölkələrdə hakimiyyətdə olanların istəkləri demək olar ki, eyni olur - hakimiyyətdə çox qalmaq...
Seçilmiş Videolar