Müsahibə

"Rusiya Qarabağ münaqişəsindən istifadə edir" - Taleh Əliyev

28 Yanvar, 2019
1902
Bir müddət öncə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb Qarabağ problemini müzakirə etdilər. 

Həmin görüşdə xalqların sülhə hazırlanması məsələsi gündəmə gəldi. Bu məsələ ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrildi. 

Toplum.tv politoloq Taleh Əliyevlə Qarabağ probleminin həlli yolları, məsələ ətrafında baş verən prosesləri müzakirə edib.

- 2018-ci ildə Qarabağ probleminin həlli üçün hansı addımlar atıldı?

- Fikrimcə, 3 mühüm hadisə yaşandı. Birincisi, Ermənistanda yeni siyasi sistemə keçidə cəhd olundu. Sarkisyan, başqa sözlə desək, Qarabağ klanı hakimiyyəti növbəti dəfə mənimsəmək istəyirdi. Amma aprel ayında başlayan narazılıqların doğurduğu məxməri inqilab Qarabağ klanının hakimiyyətinə son qoydu. Bu gün Qarabağ münaqişəsinin bu durumda qalması iki ölkə üçün də sərf etmir. Əslində, bu münaqişə hər iki xalqı Rusiyadan asılı vəziyyətə salır. Rusiya Cənubi Qafqazı öz nəzarətində saxlamaq üçün münaqişədən istifadə edir. Bu gün təəssüflər olsun ki, təkcə ruslar deyil, həmsədr ölkələr də münaqişənin həllində özlərinin geopolitik maraqlarını önə çəkir. Baş vermiş bu hadisə Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli və nəzərə çarpacaq dəyişikliklər gətirə bilər.

İkinci mühüm hadisə apreldə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri idi. Seçkisonrası həm Amerika, həm də Fransa İlham Əliyeva təbrik məktubu göndərdi. Məktub münaqişənin yaxın aylarda sülh yolu ilə həllini müjdələyir. Eyni zamanda tərəflərin təkidlə sülh danışıqlarını davam etdirməsi istənilir. Qərb artıq Ermənistanda öz adamını gətirdiyi üçün ora sərmayə getdikcə artacaq. Onlar istəmir ki, yatırılacaq sərmayə lokal da olsa, hər hansı müharibə ilə dağıdılsın. Bu məsələnin davamı olaraq Paşinyana göndərilmiş təbrikdə də, Ermənistanla ticari və iqtisadi əlaqələri genişləndirəcəkləri deyilir. Bu proses də Dağlıq Qarabağ məsələsinin həllinin əhəmiyyətli olduğu vurğulanır.

Üçüncü hadisəyə gəlincə, hesab edirəm, Azərbaycan xalqının bu proseslərə tədricən hazırlıq mərhələsində olmasıdır. Keçən il avqust ayında Azərbaycan Qarabağ Komitəsi yaradıldı. Azərbaycan xalqı bu gün  Dağlıq Qarabağ ətrafında baş verən danışıqlar fonunda  təşkilatlanmalıdır. Prosesi nəzarətdə saxlamağımız bizi növbəti bəlalardan qoruya bilər.

- Azərbaycan hökuməti hər il orduya, silahlanmaya ayırdığı büdcəni artırır. Bu, Dağlıq Qarabağ probleminin həllində nə qədər rol oynayır?

- Hesab etmirəm ki, Dağlıq Qarabağ məsələsi hərb yolu ilə həll olunar. 2016-cı ilin aprel hadisələrində şahid olduq ki, Azərbaycan hərbi və demoqrafiq üstünlükdən istifadə edib ərazilərimizi azad etməyə cəhd etdi. Amma mövcud status-kvo buna imkan vermədi. Bir də silahlanma Azərbaycanı həm daxili, həm də xarici təhdidlərdən qorumaq üçün gərəklidir.

- Sizcə, Qarabağ məsələsinin həlli yolları hansılardır?

- Münaqişənin həlli ilə bağlı 2 variant var: Birincisi, Rusiyanın bölgədə tək güc olmasıdır. Bu, baş verəcəyi təqdirdə Dağlıq Qarabağ bizdən alına bilər. Rusiyanın bölgədə güc olması bizi dövlət və millət olaraq varlığımızı təhdid edən bir məsələdir.

İkincisi isə Qərbin modelidir. Burada da 2 model var. Biri Bosniya modeli. Yəni Azərbaycan xalqı danışıqlarda aktiv olacaq, Ermənistandan və Qarabağdan qovulan qaçqınlarımız öz yurdlarına qayıdacaq. Bu, həmçinin ermənilər üçün də keçərlidir, onlar da Azərbaycana geri qayıdıb əvvəllər olduğu kimi yaşamağa davam edəcək. Bir digər yol Kosova modelidir ki, Dağlıq Qarabağa azadlıq veriləcək. Bura hər iki xalqın dövləti olacaq.

- 2019-cu ildə Qarabağ probleminin həlli üçün gözləntiniz nədir?

- Fikrimcə, xalqların sülhə hazırlıq ili olacaq bu il. Eyni zamanda münaqişənin həll yolları axtarılacaq. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi və Azərbaycana artan siyasi basqılar... Azərbaycanla Avropa İttifaq arasında siyasi sazişin imzalanacağı, Qərbin Qafqazda gücə çevriləcəyi gözlənilir.

Əbülfət Baxşəli
Toplum.tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo