idi-aze.org
Demokratik Təşəbbüslər İnstitutu
"Mogan Hotel" Demokratik Təşəbbüslər İnstitutunun tədbirini təşkil etməkdən imtina edib.
Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da QHT açıqlama yayıb.
Demokratik Təşəbbüslər İnstitutu hotel tərəfindən tədbirin keçirilməsi ilə bağlı daha öncə razılıq əldə etdiyini bildirsə də, ardınca tədbirə bir neçə saat qalmış "Mogan Hotel"in bundan imtina etdiyini bildirib.
Belə ki, təşkilat baş tutacaq "Məzun günü" tədbirinə görə hakimiyyətin hotelə təzyiq etdiyini iddia edir.
"Tədbirə görə nəzərdə tutulan ödəniş də avans olaraq hotelə ödənilmişdi, lakin tədbir bizdən asılı olmayan səbəblərdən təxirə düşdü. Belə ki, bu gün tədbirə bir neçə saat qalmış hoteldən zəng edib tədbirin təxirə salındığını dedilər. Əsas gətirildi ki, tədbirimiz digər bir tədbirlə üst-üstə düşür. Biz də tədbirin digər zalda keçirilməsini, əgər alınmırsa, vaxtını dəyişməyi təklif etdik. Lakin hotel bundan da imtina etdi.
Hesab edirik ki, bu, hotelin verdiyi qərar deyil, çox güman, hotelə hakimiyyətin basqısı nəticəsində tədbir təxirə salınıb", - açıqlamada vurğulanıb.
https://toplum.tv/olke/pquotmuumldafieccediliquot-huumlquq-merkezi-accedililibp
"Mogan Hotel" qeyd edilən iddiaları təkzib edir.
Qeyd edək ki, Demokratik Təşəbbüslər İnstitutu 2016-cı ildən həyata keçirdiyi təlim platformalarından seçilmiş məzunların şəbəkələşməsinə töhfə vermək üçün sentyabrın 29-da "Məzun günü" tədbiri keçirməyi planlaşdırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb