Ölkə

İlham Əliyev BP-nin baş dirketorunu təltif edib

Toplum TV
20 Sentyabr, 2023
183

president.az

Robert Dadli və İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədri Helqe Land və şirkətin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 20-si Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun da iştirak ediblər.

https://toplum.tv/iqtisadiyyat/pazerbaycandan-en-ccedilox-qeyri-neft-mehsullari-ixrac-eden-oumllkeler-statistikabr-nbspp

Görüş zamanı Prezident BP şirkətinin baş icraçı direktoru Robert Dadlini səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edib.

Xatırladaq ki, Lord Con Filip Braun 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

“Qarabağ” Norveç səfərindən sərfəli nəticə ilə qayıdıb

1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu Norveçin "Molde" klubuna qarşı keçirib. Toplum TV xəbər verir ki, noyabrın 30-da gecə saatlarında baş tutan qarşılaşmada 2:2-lik bərabərlik qeydə alınıb. Beləliklə, xallarının sayını 7-yə yüksəldən “Qarabağ” qrupda ikinci pillədəki yerini qoruyub “Molde”-nin eyni xalı olsa da, iki oyunluq nəticəyə əsasən, üçüncü yerdə qalıb. Bu nəticəylə Qurban Qurbanovun yetirmələri ən azı  UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər. “Qarabağ” H qrupunda son oyununu dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
Ölkə

Nazir: Gənclər arasında işsizliyin olması təbii haldır

Toplum TV
13 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

"Dünyanın hər yerində gənclərin iş tapması çətindir". Toplum TV xəbər verir ki, bu sözləri oktyabrın 13-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir parlamentdə keçirilən konfrans zamanı gənclər arasındakı işsizliyin bütün ölkələr üçün xarakterik olduğunu qeyd edib: "Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir". https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-azerbaycanda-inflyasiya-asagi-duumlsuumlbbr-nbspp Sahil Babayev problemin həlli üçün layihələr hazırlandığını bəyan edib. "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”, - o vurğulayıb. Bildirək ki, Dövlət Statistika Komitəsinin...

Seçilmiş Videolar

Toplum TV loqo