Ölkə

“Qarabağ” Norveç səfərindən sərfəli nəticə ilə qayıdıb

1 Dekabr, 2023
204

Açıq mənbələrdən götürülüb

Qarabağ-Molde

“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu Norveçin "Molde" klubuna qarşı keçirib.

Toplum TV xəbər verir ki, noyabrın 30-da gecə saatlarında baş tutan qarşılaşmada 2:2-lik bərabərlik qeydə alınıb.

Beləliklə, xallarının sayını 7-yə yüksəldən “Qarabağ” qrupda ikinci pillədəki yerini qoruyub

“Molde”-nin eyni xalı olsa da, iki oyunluq nəticəyə əsasən, üçüncü yerdə qalıb. Bu nəticəylə Qurban Qurbanovun yetirmələri ən azı  UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

“Qarabağ” H qrupunda son oyununu dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

Hərbi hissələrdəki mənimsəməyə görə məhkəmə başlayır

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin tabeliyindəki bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin məhkəməsi başlayacaq.  Toplum TV xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və artıq məhkəməyə verilib. Bu iş üzrə hakim də təyin olunub. Cinayət işinin materialları hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmədən Toplum TV-yə bildirilib ki, martın 11-də bu iş üzrə hazırlıq iclası keçiriləcək.  Sadiq Hacıyev Maliyyə Nazirltiyi tərəfindən Müdafiə Nazirliyin taveliyindəki hərbi hissələrdə apardığı yoxlamalardan sonra həbs olunub. Nazirliyin yoxlamaları zamanı hərbi hissələrdə 1 milyon 500 min manatlıq mənimsəmə faktları aşkar edilib. Sadiq Hacıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli...
Ölkə

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb. Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen" klubuyla qarşılaşacağı məlum olub.  https://toplum.tv/olke/pquotqarabagquot-tarixi-qelebe-qazanibp "Qarabağ" bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya "Bundesliqa"sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir. Qeyd edək ki, "Qarabağ" dünən Portuqaliyanın "Braqa" klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo