Ölkə

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

23 Fevral, 2024
224

Açıq mənbələrdən götürülüb

Qarabağ

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb.

Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen" klubuyla qarşılaşacağı məlum olub. 

https://toplum.tv/olke/pquotqarabagquot-tarixi-qelebe-qazanibp

"Qarabağ" bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya "Bundesliqa"sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir.

Qeyd edək ki, "Qarabağ" dünən Portuqaliyanın "Braqa" klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

Azərbaycanın Ukrayna və Türkiyəyə humanitar yardım xərcləri açıqlanıb

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə Ukraynaya  57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) vəsait ayırıb. Toplum TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Məlumata görə, Ukraynyaya ayrılan vəsaitin yarıya qədəri ötən il göndərilib. https://toplum.tv/siyaset/pazerbaycan-muumlharibe-cinayetlerine-goumlre-300-e-yaxin-sexsi-ldquointerpolrdquola-veribp Həmçinin qeyd olunub ki, ötən il Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar bu ölkəyə ümumilikdə 105 milyon dollarlıq humanitar yardım edilib.  Bildirilib ki, daha 40 milyon dollar dəstək qarşıdakı dövrdə göstəriləcək.
Ölkə

Xankəndidə separatçı rejimin dövründə tikilmiş binalar sökülür

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xankəndidə separatçı rejimin dövründə tikilmiş binalar sökülür. Toplum TV APA-ya istinadən xəbər verir ki, sökülən tikililər arasında separatçı rejimin “parlament” adlanan binası və “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası da var. Azərbaycan tərəfi ermənilərin sökülən tikililəri "tarixi irs" kimi qiymətləndirmələrini rədd edir.  https://toplum.tv/siyaset/pazerbaycan-muumlharibe-cinayetlerine-goumlre-300-e-yaxin-sexsi-ldquointerpolrdquola-veribp Bildirilir ki, qondarma “Artsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü - 2007-ci il sentyabrın 2-də olub. Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş “Arsaxı azad etmiş döyüşçülər” ittifaqı binasının açılışının isə 2013-cü il mayın 9-da baş tutduğu qeyd olunub.  Bununla yanaşı, işğal dövründə Xankəndidə sovet dövründəki Baş plandan kənar xeyli qanunsuz tikilinin inşa olunduğu vurğulanıb....

Seçilmiş Videolar

Toplum TV loqo