Ölkə

Nazir: Gənclər arasında işsizliyin olması təbii haldır

13 Oktyabr, 2023
520

Açıq mənbələrdən götürülüb

Sahil Babayev

"Dünyanın hər yerində gənclərin iş tapması çətindir".

Toplum TV xəbər verir ki, bu sözləri oktyabrın 13-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir parlamentdə keçirilən konfrans zamanı gənclər arasındakı işsizliyin bütün ölkələr üçün xarakterik olduğunu qeyd edib:

"Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir".

https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-azerbaycanda-inflyasiya-asagi-duumlsuumlbbr-nbspp

Sahil Babayev problemin həlli üçün layihələr hazırlandığını bəyan edib.

"Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”, - o vurğulayıb.

Bildirək ki, Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə açıqladığı göstəricilərə görə, Azərbaycanda gənclər arasında işsizlik 10.1% təşkil edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

Hərbi hissələrdəki mənimsəməyə görə məhkəmə başlayır

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin tabeliyindəki bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin məhkəməsi başlayacaq.  Toplum TV xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və artıq məhkəməyə verilib. Bu iş üzrə hakim də təyin olunub. Cinayət işinin materialları hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmədən Toplum TV-yə bildirilib ki, martın 11-də bu iş üzrə hazırlıq iclası keçiriləcək.  Sadiq Hacıyev Maliyyə Nazirltiyi tərəfindən Müdafiə Nazirliyin taveliyindəki hərbi hissələrdə apardığı yoxlamalardan sonra həbs olunub. Nazirliyin yoxlamaları zamanı hərbi hissələrdə 1 milyon 500 min manatlıq mənimsəmə faktları aşkar edilib. Sadiq Hacıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli...
Ölkə

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb. Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen" klubuyla qarşılaşacağı məlum olub.  https://toplum.tv/olke/pquotqarabagquot-tarixi-qelebe-qazanibp "Qarabağ" bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya "Bundesliqa"sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir. Qeyd edək ki, "Qarabağ" dünən Portuqaliyanın "Braqa" klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo