Ölkə

Qurban Qurbanov azərkeşlərin stadionlara gəlməməsindən gileylənib

12 Fevral, 2024
134

Açıq mənblərdən götürülüb

Qurban Qurbanov

"Qarabağ" futbol klubunun baş məşqşisi Qurban Qurbanov azarkeşlərin yerli çempionata marağının olmamasından gileylənib. 

Toplum TV "Qol.az"-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sabah"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azarkeş marağı olmayanda matçlar yaxşı alınmır:

"Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Belə futbolçular daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. İnanın ki, azarkeş az olanda oyun ajiotaj yaratmır. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşssiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər". 

Qurbanov qeyd edib ki, 10-15 il əvvəl çempionatın oyunlarına daha çox azarkeş gəlirdi. Mütəxəssis əvvəllər "Xəzər-Lənkəran" komandası ilə oyunları xatırladıb: "Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, "Xəzər Lənkəran" yenidən qayıtsın.

Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır", - deyə o açıqlamasında vurğulayıb. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

Hərbi hissələrdəki mənimsəməyə görə məhkəmə başlayır

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin tabeliyindəki bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin məhkəməsi başlayacaq.  Toplum TV xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və artıq məhkəməyə verilib. Bu iş üzrə hakim də təyin olunub. Cinayət işinin materialları hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmədən Toplum TV-yə bildirilib ki, martın 11-də bu iş üzrə hazırlıq iclası keçiriləcək.  Sadiq Hacıyev Maliyyə Nazirltiyi tərəfindən Müdafiə Nazirliyin taveliyindəki hərbi hissələrdə apardığı yoxlamalardan sonra həbs olunub. Nazirliyin yoxlamaları zamanı hərbi hissələrdə 1 milyon 500 min manatlıq mənimsəmə faktları aşkar edilib. Sadiq Hacıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli...
Ölkə

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb. Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen" klubuyla qarşılaşacağı məlum olub.  https://toplum.tv/olke/pquotqarabagquot-tarixi-qelebe-qazanibp "Qarabağ" bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya "Bundesliqa"sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir. Qeyd edək ki, "Qarabağ" dünən Portuqaliyanın "Braqa" klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo