Ölkə

Səhiyyə Nazirliyindən COVİD-lə bağlı əhaliyə xəbərdarlıq

Toplum TV
18 Sentyabr, 2023
119

Açıq mənbələrdən götürülüb

Səhiyyə

"Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir"

Toplum TV xəbər verir ki, bu sözləri sentyabrın 18-i APA-ya açqılamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vasif Əliyev bildirib.

Ekspertin dediklərinə görə, qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanmaqda davam edir.

"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur", - Vasif Əliyev qeyd edib.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı son 1 ayda dünya üzrə ə COVİD-ə yoluxma sayının 38% artdığını açıqlayıb. Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

İlham Əliyev BP-nin baş dirketorunu təltif edib

Toplum TV
20 Sentyabr 2023

president.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədri Helqe Land və şirkətin baş icraçı direktoru Robert Dadlini qəbul edib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 20-si Prezidentin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun da iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycandan-en-ccedilox-qeyri-neft-mehsullari-ixrac-eden-oumllkeler-statistikabr-nbspp Görüş zamanı Prezident BP şirkətinin baş icraçı direktoru Robert Dadlini səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edib. Xatırladaq ki, Lord Con Filip Braun 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edib.
Ölkə

Şuşanın atəşə tutulması nəticəsində mülki şəxs ölüb

Toplum TV
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutub. Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 19-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb. Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.   İstintaq hərəkətlərinin davam etdirildiyi bildirilib.

Seçilmiş Videolar

Toplum TV loqo