Ölkə

Şuşanın atəşə tutulması nəticəsində mülki şəxs ölüb

Toplum TV
19 Sentyabr, 2023
157

Açıq mənbələrdən götürülüb

Prokurorluq binası

Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutub.

Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 19-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.  

İstintaq hərəkətlərinin davam etdirildiyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

“Qarabağ” Norveç səfərindən sərfəli nəticə ilə qayıdıb

1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu Norveçin "Molde" klubuna qarşı keçirib. Toplum TV xəbər verir ki, noyabrın 30-da gecə saatlarında baş tutan qarşılaşmada 2:2-lik bərabərlik qeydə alınıb. Beləliklə, xallarının sayını 7-yə yüksəldən “Qarabağ” qrupda ikinci pillədəki yerini qoruyub “Molde”-nin eyni xalı olsa da, iki oyunluq nəticəyə əsasən, üçüncü yerdə qalıb. Bu nəticəylə Qurban Qurbanovun yetirmələri ən azı  UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər. “Qarabağ” H qrupunda son oyununu dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
Ölkə

Nazir: Gənclər arasında işsizliyin olması təbii haldır

Toplum TV
13 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

"Dünyanın hər yerində gənclərin iş tapması çətindir". Toplum TV xəbər verir ki, bu sözləri oktyabrın 13-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir parlamentdə keçirilən konfrans zamanı gənclər arasındakı işsizliyin bütün ölkələr üçün xarakterik olduğunu qeyd edib: "Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir". https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-azerbaycanda-inflyasiya-asagi-duumlsuumlbbr-nbspp Sahil Babayev problemin həlli üçün layihələr hazırlandığını bəyan edib. "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”, - o vurğulayıb. Bildirək ki, Dövlət Statistika Komitəsinin...

Seçilmiş Videolar

Toplum TV loqo