Ölkə

Xankəndidə Aşot Qulyanın abidəsi sökülüb

2 Fevral, 2024
286

Açıq mənbələrdən götürülüb

Aşot Qulyan

I Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı qətliam törətməkdə ittiham olunan Aşot Qulyanın Xankəndi şəhərindəki abidəsi sökülüb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 2-də Azərbaycanın hökumətə yaxın teleqram kanalları məlumat yayıb. 

Bildirilir ki, abidə Xankəndi Universitetinin qarşısındakı parkda yerləşirdi.

https://toplum.tv/olke/pmelkonyanin-xocavenddeki-heykeli-soumlkuumlluumlbp

Qeyd olunub ki, Aşot Qulyan 1992-ci ildə Ağdərə və Hadrutda azərbaycanlı mülki əhalinin qırğınlarında iştirak edib.

Bundan əvvəl ASALA terror təşkilatının liderlərindən biri olan Monte Melkonyanın Xocavənd şəhərində separatçılar tərəfindən ucaldılmış heykəli sökülmüşdü. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Ölkə

Hərbi hissələrdəki mənimsəməyə görə məhkəmə başlayır

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin tabeliyindəki bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin məhkəməsi başlayacaq.  Toplum TV xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və artıq məhkəməyə verilib. Bu iş üzrə hakim də təyin olunub. Cinayət işinin materialları hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmədən Toplum TV-yə bildirilib ki, martın 11-də bu iş üzrə hazırlıq iclası keçiriləcək.  Sadiq Hacıyev Maliyyə Nazirltiyi tərəfindən Müdafiə Nazirliyin taveliyindəki hərbi hissələrdə apardığı yoxlamalardan sonra həbs olunub. Nazirliyin yoxlamaları zamanı hərbi hissələrdə 1 milyon 500 min manatlıq mənimsəmə faktları aşkar edilib. Sadiq Hacıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli...
Ölkə

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb. Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen" klubuyla qarşılaşacağı məlum olub.  https://toplum.tv/olke/pquotqarabagquot-tarixi-qelebe-qazanibp "Qarabağ" bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya "Bundesliqa"sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir. Qeyd edək ki, "Qarabağ" dünən Portuqaliyanın "Braqa" klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo