Qaynar xətt

Düzqışlaq sakini: Bu suyu heyvan içmir, insan necə içsin?

Məzahir Abdurahmanov
31 Avqust, 2022
258

Toplum TV-nin Qaynar Xəttinə müraciət edən Şəmkir rayon Düzqışlaq kəndinin sakinləri susuzluqdan əziyyət çəkdiklərini söyləyirlər.

Onların sözlərinə görə, artezian quyusu dolub, su çirkablı gəlir və quyu yuyulmalıdır. 

Su qıtlığı sakinlərin təsərrüfatına da zərər vurur. Deyirlər, susuzluqdan əkin-biçinlə məşğul ola bilmirlər. Kəndlilər deyirlər, hara müraciət ediblərsə, əliboş dönüblər. Susuzluqdan təngə gələn sakinlərə hələki müsbət cavab verən olmayıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdardar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov  Toplum Tv-nin sualına cavab olaraq bildirib ki, bu quyu ilin sonuna qədər təmir olunacaq. Cari təmir planına salınıb.

Qaynar xətt

Şikayətçi epilepsiyalı uşağının pensiya ala bilmədiyini deyir

Günel Manaflı
7 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

“Oğlumun epileptikdir.Həmçinin bir ayağı, pəncəsi digərindən gödəkdir. 1 yaş yarımlığından pensiya alır. İndi 9 yaşı var, 4 aydır ki, pensiyası kəsilib. Bir dəfə müraciət etdik, imtina cavabı gəldi. İkinci dəfə yenə müraciət etdik və 20 gündür ki, cavab ala bilmirik”. Bunu Goranboy rayonu Baxçakürd kənd sakini  Namiq Şərifov Toplum TV-nin qaynar xəttinə yazıb. Şikayətçi övladının pensiya işinin səbəbsiz yerə gecikdirildiyini deyir: “Oğlum 1 yaş yarımından iki dəfə olmaqla 3 il müddətinə pensiya alıb. 2022-ci ilin iyul ayında yenidən komissiyadan keçmə vaxtı olduğu üçün pensiyası kəsildi. Sentyabrın 14-də Goranboy rayonu mərkəzi xəstəxanasında komissiyadan keçdik. Sentyabrın 20-də isə imtina cavabı gəldi”. https://toplum.tv/multimedia/kasibciliqdan-usaqlarimi-mektebe-gondere-bilmirem...
Qaynar xətt

Şikayətçi: Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi

Günel Manaflı
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

“Yanvar ayından bugünə kimi ünvanlı sosial yardım almaq üçün müraciət edirik. Hər dəfə də imtina cavabı alırıq. Səbəb isə olmayan maşınımdır”. Bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Ağamalıoğlu kənd sakini Hüseyn Hüseynov yazıb. Şikayətçinin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün həyat yoldaşı Elnurə Hüseynovanın adından müraciət ediblər. Ancaq maşını olmadığı halda adına maşın olduğu göstərilərək imtina cavabı gəlib. “Ünvanlı sosial yardımdan nümayəndələr gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirdi. Bir müddətdən sonra isə imtina cavabı gəldi. Səbəb isə adıma maşının olması göstərildi. Maşınımın olmadığını bildirdikdə isə “get qeydiyyatında maşın olmaması ilə bağlı sənəd al, yenidən müraciət et” dedilər. Sənədləri...

Seçilmiş Videolar

Toplum TV loqo