Qaynar xətt

Könüllü sakini: “Bu qədər su var, amma biz istifadə edə bilmirik”

Məzahir Abdurahmanov
2 Sentyabr, 2022
759

Toplum TV-nin “Qaynar Xətti”nə müraciət edən Şəmkir rayon Könüllü kənd sakini Yaşar Məmmədov onun torpaq sahəsinə su verilmədiyindən gileylənir. Bu problemə görə, onun təsərrüfatındakı meyvə ağacları quruyub. 

Yaşar Məmmədov deyir ki, amma onun qonşuluğundakı torpaq sahələrinə su verilir. O məsələ ilə bağlı bir çox qurumlara müraciət etdiyini, amma onların problemi həll etmədiyini söyləyir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən   Yaşar Məmmədovun dediklərinin əsasız olduğunu bildiriblər:  “Suda ümumi problem olub. Nasos stansiyalar bərpa olunduqdan sonra hər kəsə su verilməsi təmin olunub. Su hər kəsə qrafik əsasında verilir. Yaşar Məmmədov da hamı kimi ərazisini suvarır. O özü də su birliyinin sədri olub. Yarıtmaz işinə görə yerli əhali seçki üsulu ilə onu çıxarıblar. Yerinə yeni bir nəfər də seçiblər. Onun bu idiaları əsassızdır”.

ASC-dən kənddə hər kəsə vaxtlı-vaxtında su verildiyini desələr də, Könüllü kənd sakinləri bunun əksini söyləyirlər. Həmin kəndin sakini Ayfəddin Həsənov da Toplum TV-yə eyni problemdən gileylənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

Toplum TV
13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

Toplum TV
12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo