Lənkəran sakini: Qohumum dələduzluq edir, polis işə baxmır
Lənkəran rayon Nərimanabad qəsəbə sakini Anar Qəniyev qohumunun dələduzluğu ilə üzləşməsindən, polisin işi araşdırmamasından narazılıq edir. Bu haqda o Toplum TV-nin qaynar xəttinə yazır:
“Fermada işləyən qohumum Elvin Hüseynovun əli ilə 2019-cu ildə iki inək aldım. Onları maşın vurduğu üçün ikinci dəfə yenə həmin fermadan heyvan almaq qərarına gəldim və qohumumun dələduzluğu ilə üzləşdim. O pulumu alıb, heyvanı da vermədi. Polisə müraciət etdim, o da məndən pul istədi”.
Anar Məmmədovun sözlərinə görə, qohumu heyvanları yoldaşının əmisi uşaqlarının adına almağı və bir müddət fermada saxlamağı təklif edib.
“Elvinin qohum olduğunu nəzərə alıb razılaşdım və ona 2200 manat verdim. Bir müddət keçmişdi ki, Elvinin evində qonaq olarkən atası və bacısı dedi ki, heyvanlar itib. Elvinin özü isə belə bir şeyin olmadığını dedi. Mən fermanın sahibi ilə danışdım. O isə heç bir heyvanın itmədiyini, ümumiyyətlə, onun heç kimə heyvan satmadığını dedi. Bu zaman aldadıldığımı anladım”.
Şikayətçi məsələ ilə bağlı Lənkəran rayon Polis Şöbəsinə müraciət etsə də, ondan işinin həll edilməsi üçün pul istənildiyini iddia edir.
“Lənkəran rayon Polis Şöbəsinin tədqiqatçısı Fəhmin Nüsrətzadə məndən izahat aldı və dedi ki, 350-400 manat ver, sənin məsələni həll edim, pulunu qaytarsınlar. Mənim ona verməyə pulum yox idi. “Bu haqda düşünərəm” dedim. Məndən sonra Elvin Hüseynovun izahatı alındı. Sonda necə oldusa əvvəlcə “Bu işdə dələduzluq var, cinayət var” söyləyən tədqiqatçı birdən-birə fikrini dəyişib dedi ki, bu mülki məsələdir, cinayət halı yoxdur. Düşünürəm ki, o qarşı tərəfdən pul aldığı üçün fikrini dəyişib”.
Şikayətçi daha sonra tədqiqatçı Fəhmin Nüsrətzadənin qərarı götürüb məhkəməyə təqdim etməsini istədiyini söyləyir.
“Mən qərarı məhkəməyə yox, Lənkəran Rayon Prokurorurluğuna göndərdim ki, ləğv edilsin. Dəfələrlə müraciətimdən sonra qərar ləğv edildi. İşimə yenidən baxılması üçün tədqiqatçı təyin olunmalı idi. Ancaq olunmayıb və işimə baxılmır”.
İttihamda adı hallanan tədqiqatçı Fəhmin Nüsrətzadə haqqında səsləndirilən ittihamları rədd etdi: “Anar Qəniyevin dedikləri yalandır. Məsələ ilə bağlı mənim tərəfimdən qərar qəbul edilib. Daha sonra həmin qərar prokurorluq tərəfindən ləğv olunub. Hazırda araşdırma baş tədqiqatçı Mehman müəllimdədir, yekun qərarı o qəbul edəcək”.
Şikayətçi Anar Qəniyevsə qərarın ləğvindən 3 ay keçməsinə baxmayaraq, dələduzluqla bağlı müraciətinə baxılmadığını, şikayətinin baş tədqiqatçıya verilməsindən də xəbərsiz olduğunu bildirir.
Qazi müharibədə sağlamlığını itirsə də, əlillik ala bilmədiyini deyir
Şəxsi arxiv
Müharibə iştirakçısı medal alıb, ancaq veteranlıq ala bilmir
Şəxsi arxiv
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir