Müəllim direktoru rüşvətxorluqda ittiham edir, direktor razılaşmır
Açıq mənbələrdən götürülüb
Ağcabədi rayonu Hindarx qəsəbə sakini Zöhrab Hüseynov iddia edir ki, qəsəbənin Uşaq Musiqi Məktəbinin direktoru İlkin Ağalarov müəllimlərin dərs saatlarını artıq yazaraq pul mənimsəyir.
Z. Hüseynov Toplum TV-yə açıqlamasında haqsızlıqla üzləşdiyini bildirib:
“10 ildir musiqi məktəbində tar müəllimi işləyirəm və 10 ildir ki, 24 saat dərslə təmin olunmuşam. İndi məktəbin direktoru İlkin Ağalarov deyir ki, sənin dərs saatın 7 və ya 8 saat olacaq. Səbəbini soruşduqda isə Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun müəllimlərin dərs saatlarının azaldılması ilə bağlı göstəriş verdiyini deyir. Qalib Həsənov keçmiş icra başçısı Şamil Həsənovun oğludur.
Mənim kredit borcum var. 7-8 dərs saatı ilə kreditlərimi necə ödəyim, normal yaşayışımı necə təmin edim?”
https://toplum.tv/multimedia/ovladlarinizi-qaygi-merkezlerine-yerlesdirerken-nelere-diqqet-edirsiniz
Şikayətçi deyir ki, musiqi məktəbinin direktoru İlkin Ağalarov müəyyən müəllimlərə əlavə dərs saatları yazıb, pullarını isə özü mənimsəyərək korrupsiyaya yol verir.
“Qalib Həsənovun qəbuluna gedib bildirdim ki, direktor müəyyən müəllimlərə 32, 36 saat dərs yazıb, pulunu isə özü götürür. Bildirdim ki, nəyə görə direktor həmin dərs saatlarını azaltmaq əvəzinə bizimkini azaldır. Qalib Həsənov şikayətimi dinləsə də, qulaq ardına vurdu. Mən də sübut üçün artıq dərs saatı yazılan müəllimlərdən birinin səsini yazdım. Əlimdə sübutum var. Həmin müəllimin maaş kartını direktor özündə saxlayıb. Müəllim ona 36 saat dərs yazıldığından xəbərsiz olub. Direktor artıq yazdığı dərs saatlarının pulunu da özü mənimsəyib. Hətta direktor öz anasına belə yüksək dərs saatı yazıb”.
İttihamda adı hallanan Uşaq Musiqi Məktəbinin direktoru İlkin Ağalarov “Toplum TV”-yə ittihamları rədd edərək deyilənlərin yalan olduğunu bildirdi: “Yüksək dərs saatları olan bir neçə müəllimimiz olub. Nazirliyin qərarı ilə musiqi məktəbinə gəlməyən şagirdlər məktəbdən xaric edilməli idi. Biz də dərsə gəlməyən şagirdləri məktəbdən kənarlaşdırdığımız üçün təkcə Zöhrab müəllimin yox, içi mən qarışıq bütün müəllimlərin dərs saatını azaltdıq. Hər bir müəllimin maaş kartı özündədir. Zöhrab müəllim dediklərini sübut etsin. Əgər əlində sübutu varsa, məhkəməyə müraciət etsin”.
“Toplum TV” mövzunu diqqətdə saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür