Qaynar xətt

Müharibə iştirakçısı medal alıb, ancaq veteranlıq ala bilmir

Günel Manaflı
9 Avqust, 2022
1774

Şəxsi arxiv

Zaqatala rayon sakini Əhmədov Cavid 44 günlük müharibədə iştirak etsə də, ona veteranlıq statusu verilməyib. Şikayətçinin sözlərinə görə onunla eyni vaxtda müharibədə iştirak edən hər kəsə bu status verilib.

“2020-ci ildə həqiqi hərbi xidmətə çağırıldım. İlk xidmətimi Ağcabədi ərazisində keçirdim. 44 günlük müharibə ərəfəsində isə Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərə görə medallarla təltif edilmişəm. Ancaq veteranlıq statusum hələ də verilməyib. Necə olur ki, medallar verilir, hərbi biletimə müharibədə iştirak etdiyim qeyd edilir, ancaq veteranlıq statusu verilmir. Mən veteranlıq statusumun verilməsini tələb edirəm”.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Anar Eyvazov Toplum TV-yə açıqlamasında müharibə iştirakçısı Əhmədov Cavidin adının siyahıda olmadığını dedi: “Vətəndaş DOST Agentliyinə və ya Müdafiə Nazirliyinə yaxınlaşsın və ona təqdim edilən blankı doldursun. Bundan sonra ona siyahı veriləcək. Siyahıda olan sənədləri toplayıb Nazirliyə təqdim etsin”.

https://toplum.tv/qaynar-xett/sehid-atasi-ona-verilen-torpagin-ve-tikilen-evin-senedini-ala-bilmediyini-deyir

Müharibə iştirakçısının adının siyahıda olmama səbəbinə gəlincə isə qurum rəsmisi bunun səbəbini bizə yox, vətəndaşın özünə deyəcəklərini bildirdi.

Şikayətçi Əhmədov Cavid  isə deyir ki, necə olur, “hərbi biletimə müharibədə iştirakım yazılanda Nazirliyin xəbəri olur, medal veriləndə adım Nazirliyin siyahısında olur, ancaq veteranlığa gələndə olmur”.

Məsələ ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat katibi, Qarabağ qazisi Rey Kərimoğlu Toplum TV-yə hazırda adı veteranlıq siyahısına düşməyən 12 min 500 vətəndaşın olduğunu dedi: “Hazırda onların adlarının sistemə vurulma prosesi gedir. Görünür ki, Müdafiə Nazirliyinin o məsələlərində çox ciddi problemlər, nöqsanlar var. Vətəndaşa döyüşdüyü üçün medallar verilir, amma veteranlıq vəsiqəsi verilmir. Bu yolverilməz haldır, ciddi nöqsanlardır. Müdafiə Nazirliyi bu problemləri həll etməlidir”.

https://toplum.tv/qaynar-xett/mingecevir-icra-hakimiyyeti-sehid-ogluna-ev-verileceyini-ved-etdi

Veteranlara aylıq təyin edilən 80 manat vəsaitin verilməsi məsələsinə gəlincə isə, R. Kərimoğlu dedi ki, vətəndaşa həmin pul yanvardan hesablanıb verilməlidir: “Əvvəllər bir sıra müharibə iştirakçıları onlara gecikmiş veteranlıq təyin edildikdən sonra, məhkəməyə müraciət edərək 3 ilin veteranlıq pulunu alıblar. Veteranlar üçün hansı tarixdən 80 manat vəsait verilməsi qərara alınıbsa, elə həmin andan pul hesablanaraq vətəndaşa ödənilməlidir”.

"Toplum TV" mövzunu diqqətdə saxlayacaq. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

İşıq, su, yol yoxdur, kəndlilər kəndi tərk edir

Esmira Cavadova
17 Avqust 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Namizəd Səfərovla aparacağıq. “Qaynar Xətt” hər həftənin bazar ertəsi və cümə axşamı saat 12:00-da canlı yayımlanır.
Qaynar xətt

"Kanalizasiyaya görə qonşu ilə davalıyam"- Nərimanov rayon sakini

Toplum TV
26 İyul 2023
Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yaşayan vətəndaşlar  uzun illərdir ki, çirkab sularının daşaraq ətrafa ziyan vurmasından şikayətçidirlər. Məsələ ilə bağlı dəfələrlə Azərsuya müraciət olunub.  20.90-cı məhəllənin sakinləri iddia edirlər ki, bu müraciətlər əsassız qalıb, dəyişən heç nə yoxdur. Cəmilə Əzim

Seçilmiş Videolar

Toplum TV loqo