Ağsu rayon sakini oğlunun 4 ildir 1-ci sinifdə saxlanıldığını deyir
Açıq mənbələrdən götürülüb
Məktəb
Toplum TV-nin qaynar xəttinə Ağsu rayon Qırlar kənd sakini Eyyubova Narıngül müraciət edərək oğlunun 4 ildir 1-ci sinifdə saxlanıldığını, bunun da günahkarının məktəb direktoru olduğunu iddia edir.
“Oğlum Eyyubov Namizəd 2019-cu ildə Ağsu rayon Sanqalan kənd ümumi orta məktəbin 1-ci sinfinə gedib. Oğlum məktəbdə oxuyarkən müəllim ona şillə vurub. Bundan sonra oğlum qorxusundan məktəbə getmədi. Məktəbin direktoru Sihəd Abdulov da oğlumu qorxutmuşdu. 2020-ci ildə eşitdik ki, uşağımızı 2-ci sinfə keçirməyiblər. Direktor bizə məlumat vermədən oğlumun adını məktəbdən çıxarıb. Biz məktəb direktorunun yanına getdik. Həll edəcəyini desə də, etmədi. Ağsu rayon Təhsil İdarəsinə getdik. Dedilər fərdi təhsil alsın, sonra bərpa edəcəyik. Mənim uşağımın heç bir əngəli, xəstəliyi yoxdur. Niyə fərdi dərs almalıdır? Hazırda da oğlum fərdi dərs alır. Dedilər imtahan versin məktəbə bərpa edək. İmtahan verib bal yığdı. Ancaq yenə də bərpa etmədilər”.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.
Məsələ ilə bağlı Toplum TV Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki, Eyyubov Namizəd təhsilini ardıcıl olaraq davam etdirmədiyi üçün məktəb pedaqoji şurasının qərarı ilə məktəbdən xaric edilib: “Edilmiş müraciətlərlə bağlı bildiririk ki, Eyyubov Namizəd Səməndər oğlu 2019-cu ilin sentyabırında Sanqalan kənd ümumi ora məktəbinə qəbul edilsə də, qısa müddətdən sonra təhsilini ardıcıl olaraq davam etdirməmiş və məktəb pedaqoji şurasının qərarı ilə məktəbdən xaric edilmişdir. Növbəti tədris ilində də bu hal təkrar yaşanmış, məktəb rəhbərliyinin valideynlə əlaqə saxlamasına baxmayaraq, Eyubov Namizəd məktəbə gəlməmişdir.
2022-2023-ci il tədris ilində isə Eyyubov Namizəd fərdi təhsilə cəlb edilmiş və hal-hazırda da Sanqalan kənd ümumi orta məktəbin 1-ci sinifində fərdi təhsil alır.
Qeyd edək ki, Ağsu rayon təhsil sektoru Eyyubov Namizədin təhsilini nəzarətə götürmüş və tez-tez Sanqalan kənd ümumi orta məktəbində olmaqla şagirdin təhsilinin gedişatını da canlı olaraq müşahidə edir”.
Toplum TV məsələni diqqətdə saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"