Qaynar xətt

Zibillikdən dolanan sakin: Prezidentim eşit məni

18 May, 2023
131

Mən bu şəkli başımın üstündə saxlamışam, saxlayacağam da. Prezidentim eşit bizi, eşit bu kasıbların səsini, eşit. 
 
Yasamal rayonunun Qanlıgöl massivinin qərb sahilində yaşayan Rzayevlər ailəsi çətin  həyat şəraitindən gileylənir. 
 
5 uşağım var, gələcəyin 5 əsgəri var. Böyüdürəm əziyyət çəkirəm. Yoldaşım yolda dilənir, mən  də zibilliklərdə eşələnirəm. Ordan kaprondan, nə olursa yığıram, tapıb gətirirəm həyətimdə yığıram. Yığıb yığıb satıram yəni, uşağlarım sırf yeməyinə görə. Paltarları zibilliklərə qoyurlar mən götürürəm. 
 
Kirayədə yaşayan ailənin Bərdə rayonunda qayatasının evində payları olsa da, qaynı illər əvvəl onları qovub, 2 uşağını da qeydiyyatdan çıxarıb.

Toplum tv Gülbəniz Rzayevanın qaynı ilə əlaqə saxlayıb, bunun səbəbini öyrənmək istəsədə ,o bu barədə danışmaq istəmədiyini bildirib.

DİN-in sözçüsü Elşad Hacıyev bildirir ki, vətəndaş qeydiyyatla bağlı müraciət edə bilər.  

Polisin inzibati binasında qeydiyyat məcəlləsi ilə bağlı qaydalarla bağlı vətəndaş təkrar polis orqanına müraciət edə bilər və müraciət qərarına uyğun olaraq həmən qərara məhkəmə şikayəti verməlidir.

Gülbəniz Rzayevanın deyir sosial müdafiə nazirliyinə, prezidentdə dəfələrlə məktubla müraciət edib, nazirlikdən ona verilən cavabda bildirirlir ki, övladı iş qabiliyyətli olduğundan onlara ünvanlı sosial yardım düşmür. 
 
 Xahiş edirəm Sahil Babayev baxın, xahiş edirəm yox tələb edirəm niyə də xahiş etməliyəm ki, tələb edirəm. Uşağlarımın sosialını verin. Xahiş edirəm deyə deyə başımızdan əzirsiniz bizi. Biz kasıbları əzməyin.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum tv-yə bildirib ki, Vətəndaşla telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün onunla söhbət aparılıb.

O bildirib ki, ailə 7 nəfərdən ibarətdir. Ailənin əmək qabiliyyətli üzvü Gülbəniz Rzayevadan 8 yaşına çatmamış uşaqlarına qulluq etdiyinə, həyat yoldaşı isə II dərəcə əlilliyi müəyyən olunmuş şəxs olduğuna görə onlardan iş tələb olunmur. 

Lakin ailədə 19 yaşlı övladlarının xəstə olduğunu bildirsələr də, həmin ailə üzvü əlilliyi olan şəxs deyil, əmək qabiliyyətli hesab olunur və işləmir.

Bu səbəbdən hazırda ailənin ünvanlı sosial yardım almaq hüququ yaranmır.

Ailə dolanışığını zibillikdən tullantıları yığıb satmaqla və küçədəki insanlardan yardım istəməklə təmin edir.

Aydan Qəzənfərli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo