Qaynar xətt

Eşitmə və nitq əngəlli vətəndaş sosial yardım ala bilmək üçün kömək istəyir

18 Yanvar, 2023
448

Açıq mənbələrdən götürülüb

Sosial Yardım

Rəşad Mehdili: “Həmin şəxsin əlilliyi və ya məşğulluğu olarsa, ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər”

Lənkəranın Boladi kənd sakini Turab Məlikov həm nitq qüsurludur, həm də eşitmə problemi var. Buna görə də heç yerdə işləyə bilməyən vətəndaş ailəsinə və 3 yaşlı övladına çox çətinliklə baxır. Bu haqda onun qardaşı Valeh Məlikov Toplum TV-nin qaynar xəttinə yazıb. Şikayətçi qardaşının ünvanlı sosial yardım almaq istədiyini, ancaq bununla bağlı hara, kimə müraciət edəcəyini, hansı sənədlərin lazım olduğunu bilmədiyini qeyd edir.

“Qardaşım nitq qüsurludur. Eşitmə qabiliyyəti də çox zəifdir. Ailədə 3 nəfərdir, özü, yoldaşı və 3 yaşlı övladı. Uşaq balaca olduğu üçün yoldaşı işləmir. Özünün də işləmə qabiliyyəti yoxdur. Çox çətinliklə, ana-atamın pensiyası ilə dolanırlar. Ünvanlı sosial yardımla bağlı müraciət etmək istəsə də, bilmir hara, kimə müraciət etsin”.

https://toplum.tv/qaynar-xett/psikayetccedili-qizinin-pensiyasinin-kesilmesinden-sikayetccedilidirp

Qardaşının dolanışıqlarının çox çətin olduğunu deyən şikayətçi Toplum TV vasitəsilə onlara bu mövzuda bir yol göstərilməsini xahiş edir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb şikayətçinin xahişini çatdırdıq.  Bir neçə saatdan sonra R. Mehdili Toplum TV-ə vətəndaşla artıq əlaqə saxlanılaraq ona qanunvericiliyin izah edildiyini bildirdi.

“Lənkəran şəhəri Boladi kənd sakini Turab Məlikovun ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb. Telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün suallar verilib.  Məlum olub ki, ailə 5 nəfərdən (özü, həyat yoldaşı, 3 yaşlı övladı, valideynləri) ibarətdir. Turab Məlikov nitq məhdudiyyətli olsa da, əlilliyi qiymətləndirilməyib və hazırda işsizdir. Həmin şəxsin əlilliyi və ya məşğulluğu olarsa, ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər. Qeyd edək ki, Turab Məlikov nitq məhdudiyyətli olduğuna görə  qardaşı Valeh Məlikovla əlaqə yaradılıb məlumatlandırılıb və qanunvericilik izah edilib”.

Şikayətçi deyilən sənədləri toplayıb ünvanlı sosial yardımla bağlı müraciət edəcəyini deyir.

Məsələni diqqətdə saxlayacağıq.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo