Qaynar xətt

Göyçay sakini: Məşğulluq Mərkəzinin məşğuliyyəti vətəndaşları get-gələ salmaqdır 

Günel Manaflı
30 Yanvar, 2023
264

Açıq mənbələrdən götürülüb

Toplum TV - Dövlət Məşğulluq Agentliyi

Göyçay rayonunun 1-ci Ərəbcəbirli kənd sakini Qadir İsmayılov 2020-ci ildən bəri işsiz olduğunu, azyaşlı övladlarının tələbatlarını qarşılaya bilmədiyini deyir.  

Şikayətçinin sözlərinə görə, Göyçay rayon Məşğulluq Mərkəzi 2 ildən çoxdur ki, onu get-gələ salır və işlə təmin etmir. Övladlarına baxa bilməsi üçün təcili iş tapmalı olduğunu vurğulayan Göyçay sakini deyir ki, hazırda sözlə ifadə edilə bilməyəcək qədər çətin durumdadır: 

“2020-ci ildə Məşğulluq Mərkəzinə müraciətim əsasında DOST İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə "Hazırda yalnız 2 aylıq işlər mövcuddur, ola bilsin yaxın gələcəkdə vakansiyalar gələcək, biz özümüz sənə xəbər verəcəyik" - dedilər. Aldığım məlumata görə, 2 aylıq işlər ləğv ediləndən sonra növbə əmək müqaviləsi əsasında uzunmüddətli iş yerlərinə gəldi. Buna baxmayaraq, məni axtaran olmadı”. 

https://toplum.tv/qaynar-xett/psikayetccedili-haqsiz-yere-isden-ccedilixarilan-sehid-qardasindan-ruumlsvet-istenilirp

Q.İsmayılovun sözlərinə görə, DOST mərkəzinə çoxsaylı ərizələr yazdıqdan sonra onunla əlaqə saxlanılıb, amma müraciəti təmin olunmayıb: 

“Göyçay Məşğulluq Mərkəzindən mənə zəng gəldi və ora dəvət olundum. Məşğulluğun Nizami adlı əməkdaşı şəxsiyyət vəsiqəmin surətini alaraq qeydiyyat dəyişikliyi etdiyini bildirdi. Sonra mənə "sabah gələrsən" dedi. Onun dediyi sabahlardan bir neçəsi keçdi, hər dəfə gedəndə "Nizami müəllim yoxdur" və yaxud da "get, filan vaxtı gələrsən" deyirdilər. Məşğulluq Mərkəzi adlanan bu yerdə çalışan əməkdaşların öz məşğuliyyəti var: lüks  kabinetlərdə oturaraq bahalı şirniyyatlarla çay içmək, mobil telefonla oynamaq və vətəndaşları get-gələ salmaq”. 

Şikayətçi işləmədiyinə görə maddi vəziyyətinin olduqca ağır olduğunu, azyaşlı övladlarının tələbatlarını ödəyə bilmədiyi üçün xəcalət çəkdiyini deyir: 

“Azyaşlı uşaqlardır, tez-tez xəstələnir, çöpü qalır, mən isə bir ata kimi  onların qarşısında utanc hissi keçirirəm. Uşaq bezinə aylıq 90 manat pul lazım olur. Kommunal xərcləri heç demirəm. Mavi yanacağa olan min manatlıq borcumuzu ödəyə bilmədiyimizə görə mexaniki qaz sayğacını çıxarıb əvəzində smart kart tipli sayğac quraşdırıblar. Ancaq karta qaz yükləməyə pulum yoxdur. Dağ-dərədən, çay kənarlarından, zibilliklərdən kiçik odun parçaları və çır-çırpı toplayıb yandırırıq”. 

Şikayətçi həmçinin evi olmadığı üçün valideynləri və müharibə veteranı olan kiçik qardaşı ilə bir evdə yaşadıqlarını deyir. Maddi dolanışıqlarını da atasının fəhləliklə qazandığı az məvaciblə qarşılamağa çalışırlar: “Nə edəcəyimi bilmirəm. Hava-su qədər daimi iş yerinə ehtiyacım var”.  

Agentlik: “Vətəndaşın istəyi yalnız ictimai işlərdə çalışmaqdır” 

Məsələ ilə əlaqədar Toplum TV Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlayıb. O, Toplum TV-nin sorğusuna cavab olaraq bildirib ki, sözügedən vətəndaşın istəyi yalnız ictimai işlərdə çalışmaqdır: 

“Göyçay rayonu, Birinci Ərəbcəbirli kənd sakini İsmayılov Qadir Şamil oğlunun müraciəti tərəfimizdən araşdırılıb. Vətəndaş 03.06.2022-ci il tarixdən “Əmək və Məşğulluq” altsistemində işaxtaran, 23.01.2023-cü il tarixdən isə işsiz şəxs kimi qeydiyyata alınıb. Q.İsmayılov Məşğulluq filialında bir neçə dəfə qəbulda olub və ona aktiv vakansiyalar barədə məlumat verilib. Vətəndaşın istəyi isə yalnız ictimai işlərdə çalışmaqdır. Onun müraciəti nəzərə alınaraq 23.01.2023-cü ildə adı “haqqı ödənilən ictimai işlərin növbəlilik reyestri”nə əlavə olunub. Buna uyğun olaraq növbəsi çatdıqda müvafiq müəssisə üzrə ictimai işlərə cəlb olunması istiqamətində iş aparılacaq”. 

Qurum rəsmisi Qadir İsmayılovun bundan əvvəl də ictimai işlərə cəlb olunduğunu, 02.07.2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini qeyd edib. 

Q. İsmayılov ona Məşğulluq Mərkəzindən vakansiyalar haqda heç bir məlumat verilmədiyini, ümumiyyətlə bir iş təklif edilmədiyini iddia edir.  

2 ildir iş növbəsində olan vətəndaş ümidsiz olduğunu və hara müraciət edəcəyini bilmədiyini vurğulayır.  Mövzunu diqqətdə saxlayacağıq.  
 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo