Qaynar xətt

İsmayıllı sakini nə iş tapa bilir, nə də sosial yardım ala bilir

Günel Manaflı
6 Mart, 2023
106

Açıq mənbələrdən götürülüb

Sosial yardım

İsmayıllı rayon sakini Kamran Baxtıyev Toplum TV-nin qaynar xəttinə yazaraq güzəranından gileylənib. Şikayətçi heç bir yerdən gəliri olmadığını, beş az yaşlı övladı olduğunu və onların tələbatını ödəyə bilmədiyini deyir.

“Evimiz uçuq, salxaq evdir. Şəraitim olduqca pisdir. Beş azyaşlı övladım var və mən bir ata olaraq onların tələbatını ödəyə bilmirəm. Ünvanlı sosial yardım üçün müraciət edirəm, deyirlər işin olmalıdır ki, sənə yardım edə bilək. İşi haradan tapım?! Rayon yerində iş üçün hara müraciət edirəm, deyirlər, işi kim itirib ki, sən tapasan. 4 ildir İsmayıllı rayon məşğulluq mərkəzinə gedib gəlirəm ki, mənə fəhləlik işi də olsa, verin, işləyim. Deyirlər, iş olanda xəbər edəcəyik. Ancaq 4 ildir heç bir xəbər yoxdur. Telefonum olmadığı üçün qonşunun telefonundan zəng edib maraqlanıram, tez-tez gedirəm. Ancaq onlardan bir səs çıxmır. Sonuncu dəfə dedim ki, iş yoxdursa, heç olmazsa inək, qoyun-quzu verim saxlayım, dolanım. Onda da deyirlər ki, sənin heyvan saxlamaq üçün yerin yoxdur. Həyətim balacadır. Bəs mən nə edim, necə edim ki, övladlarımın qarnını doyuzdura bilim”.

https://toplum.tv/qaynar-xett/pvetendasin-muumllkuuml-uumlccediluumln-kompensassiya-basqa-birine-oumldenilibp

İsmayıllı rayon Məşğulluq Mərkəzinə günlərlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.

Ünvanlı sosial yardıma gəlincə isə bu kimi şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, əgər vətəndaş əmək qabiliyyətli şəxsdirsə, məşğul şəxs olmalıdır ki, onun ünvanlı sosial yardım məsələsinə baxılsın.

Günel Manaflı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo