Azər Yusifov Samux Rayon sakinidir. Deyir, 2023-cü ilin Yanvar ayında Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onun dostunu saxlayıb. A.Yusifov hadisə yerinə gedib:
“Orada inspektor Kərim Mehdiyevə yaxınlaşmışam ki, məsələni yoluna qoyaq. Məsələni yoluna qoyaq deyəndə, Kərim telefonunu çıxardı, dedi ki, sən polis işçisini söyürsən. Mən də görürəm ki, bu məni çəkir. Dedim, yığışdır, kino çəkmə burada. Mən polisi söymürəm, gəlmişəm ki, məsələni yoluna qoyaq”.
Azər Polislə mübahisədən sonra oğlu Fərid Yusifovla birlikdə Samux rayon Polis İdarəsinə aparılıb. Şikayətçi orada fiziki şiddətə məruz qaldıqlarını bildirir.
Bundan sonra Samux rayon məhkəməsinin qərarına əsasən A.Yusifov və oğlu hərəsi 150 azn cərimələniblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru eşqin Qasımov Toplum Tv-yə bildirib ki, vətəndaşların iddiası Samux Rayon Prokurorluğunda araşdırılıb. İddia təsdiqini tapmadığına görə araşdırma dayandırılıb.
Həmçinin, DİN sözçüsü A.Yusifovun ona tibbi ekspertizadan keçmək təkliflərini rədd etdiyini deyir. Şikayətçi isə, tibbi ekspertizadan keçdiyi və aldığı xəsarətləri təsdiq edən sənədi Toplum Tv- yə təqdim edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”
"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi